YapiKredi Müraciət Forması
İdman Özəl

"Fənərbağça" "Liverpul"u məğlub etdi, 22 milyon avro qazandı

Fənərbağça Liverpulu məğlub etdi, 22 milyon avro qazandı

"Fənərbağça" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İngiltərənin "Liverpul" komandasını 3:2 hesabı ilə məğlub edərək mövsümdə ilk qələbəsini qazanıb. İstanbul təmsilçisi tarixi qələbə ilə yanaşı, UEFA-dan əldə etdiyi mükafatın məbləğini də artırıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

Bildirilib ki, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandığı üçün "Fənərbağça" ilkin olaraq 18 milyon 620 min avro əldə edib. Komanda daha əvvəl keçirdiyi oyunlarda qazandığı iki heç-heçəyə görə isə əlavə 1,4 milyon avro mükafat qazanıb.

"Liverpul" üzərində qələbə İstanbul klubuna daha 2,1 milyon avro qazandırıb. Beləliklə, "Fənərbağça"nın cari mövsümdə Çempionlar Liqasından əldə etdiyi ümumi gəlir 22 milyon 120 min avroya çatıb.

Komandanın qarşıdakı mərhələlərdə qazanacağı məbləğ isə Liqa mərhələsində tutacağı mövqedən asılı olacaq. "Fənərbağça" pley-off mərhələsinə vəsiqə qazanacağı təqdirdə daha 1 milyon avro əldə edəcək. İlk səkkizlikdə yer alacağı halda isə klubun hesabına əlavə 11 milyon avro mükafat köçürüləcək.