Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər

SİYASƏT 19 sentyabr 2026, 17:50
Azərbaycan və Almaniya iqlim və ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Demokrat.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Almaniyanın Azərbaycandakı yeni səfiri Dirk Lölke ilə görüşün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.

Tərəflər həmçinin qlobal iqlim gündəliyi çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsini müzakirə ediblər.

"İqlim öhdəliklərinin yerinə yetirilməsini sürətləndirmək və nəzərəçarpacaq tərəqqiyə nail olmaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıq", - Babayev qeyd edib.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 17:48
Top