Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib

DAXİLİ SİYASƏT 19 sentyabr 2026, 14:07
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Demokrat.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Qeyd edək ki, İsgəndərov Cavadovun sentyabrın 20-də 70 yaşı tamam olur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top