Pəncəlinin ailəsində xoş gün: Anar Ələkbərov da iştirak etdi — FOTOLAR

SOSİAL 19 sentyabr 2026, 13:58
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Astarada Milli Qəhrəman Pəncəli Tevmurovun ailəsində qonaq olub, onun qardaşı Elbrus Teymurovun oğlunun xeyir işində iştirak edib.

Demokrat.az
xəbər verir ki, Anar Ələkbərov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Bəzi ünvanlar var ki, ora hər gəlişində təsviredilməz hisslər keçirirsən. Yenidən Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə ananın qonağı olduq. Var olsun, belə qəhrəmanlar yetişdirən, analar! Allah bütün șəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, deyə Prezidentin köməkçisi qeyd edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top