Smartfonlarda istifadə olunan korpus materialı yalnız cihazın görünüşünə deyil, onun çəkisinə, davamlılığına, istilik idarəetməsinə və qiymətinə də təsir edir. Hazırda xüsusilə flaqman modellərdə titan və alüminium çərçivələr geniş yayılıb. Hər iki materialın üstün və zəif tərəfləri var.
Demokrat.az xəbər verir ki, titan əsasən möhkəmliyi ilə seçilir. Bu material zərbələrə və cızılmalara qarşı alüminiumdan daha davamlı hesab olunur. Lakin titanın istilik keçirmə qabiliyyəti alüminium qədər yüksək deyil. Bundan başqa, onun çəkisi də nisbətən çoxdur.
Alüminiumun əsas üstünlüyü isə yüngüllüyüdür. Metal istiliyi daha yaxşı keçirdiyindən telefonun daxilində yaranan temperaturun korpus vasitəsilə xaricə ötürülməsinə kömək edir. Bununla belə, alüminium titanla müqayisədə daha yumşaq materialdır və zərbə, əyilmə və cızılmalara daha həssas ola bilər.
Material seçimi telefonun istehsal xərclərinə də təsir göstərir. Titanın əldə edilməsi və emalı daha mürəkkəb və bahalı olduğundan bu material əsasən premium cihazlarda istifadə olunur. Alüminium isə daha əlçatan və ucuz olduğuna görə müxtəlif qiymət kateqoriyalarında geniş yayılıb.
Son illərdə bəzi istehsalçıların titandan yenidən alüminiuma keçməsi də diqqət çəkir. Məsələn, "Apple iPhone 16 Pro" seriyasındakı titan çərçivədən "iPhone 17 Pro" modellərində alüminium konstruksiyaya keçib. Bununla yanaşı, şirkət müəyyən modellərində titandan istifadəni davam etdirir.
Beləliklə, seçim əsasən istifadəçinin prioritetlərindən asılıdır. Daha yüksək möhkəmlik və cızılmaya davamlılıq istəyənlər üçün titan, yüngüllük, istilik ötürülməsi və daha münasib qiymətə üstünlük verənlər üçün isə alüminium daha uyğun seçim ola bilər.
Jalə
Demokrat.az