Əməliyyat iddialarına cavab verdi: Sima estetiki və botoks etdirib?

ŞOU-BİZNES 19 sentyabr 2026, 15:00
Türkiyəli aktrisa Hande Erçel son görünüşü ilə yenidən gündəmə gəlib. 

Demokrat.az
xəbər verir ki, tədbirlərdən birində jurnalistlərin suallarını cavablandıran məşhur sima estetik və botoks etdirdiyi ilə bağlı iddialara münasibət bildirib.

Erçelin sarı saçlı görünüşü sosial mediada geniş müzakirə olunub. Lakin onun saçlarını həqiqətən sarıya boyatmadığı, bu görünüşün marka çəkilişi üçün istifadə olunan platin rəngli parik olduğu məlum olub. Aktrisanın reklam siması olduğu brendin yeni kolleksiyası üçün fərqli imicdə kamera qarşısına keçdiyi bildirilib.

Erçel tədbirdə yeni görünüşünün qalıcı olmadığını və bunun çəkiliş məqsədilə hazırlandığını açıqlayıb.

Jurnalistlərdən birinin ona “Sizdə dəyişiklik var, daha da gözəlləşmisiniz. Botoks və ya estetik yoxdur, elə deyilmi?” sualını verməsi də diqqət çəkib. Aktrisa gülümsəyərək suala qısa şəkildə "Yox" cavabını verib.

Hazırda karyerasını davam etdirən Hande Erçelin yeni layihələr üzərində çalışdığı bildirilir. Aktrisa daha əvvəl istirahət etdiyini və yeni mövsüm üçün ona təqdim olunan ssenariləri dəyərləndirdiyini açıqlamışdı.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top