Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib.
Gəncə şəhər sakini, 1975-ci il təvəllüdlü Namiq Səidovun böyrəklərində problem yaranıb. Həkimlər onun səhhətinin yaxşılaşması üçün mütləq böyrək transplantasiyası məsləhət biliblər.
Buna görə onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü İradə Səidova könüllü olaraq öz böyrəyini ona bağışlayıb.
Cərrahiyyə əməliyyatları uğurla başa çatıb.
Qeyd edək ki, N.Səidov birinci Qarabağ döyüşlərinin iştirakçısı olub. (Oxu.Az)


