Səxavətlilik hər insanda fərqli şəkildə özünü göstərir. Bəziləri bahalı hədiyyələr almaqla, bəziləri vaxtını ayırmaqla, digərləri isə mənəvi dəstəyi ilə ətrafındakı insanları sevindirir.
Astroloqların fikrincə, bəzi bürclər bu xüsusiyyətləri ilə digərlərindən daha çox seçilirlər. Onlar həm sevdikləri insanlara, həm də ehtiyacı olanlara kömək etməkdən çəkinmirlər.
Ən səxavətli hesab edilən 5 bürcü təqdim edirik:
Xərçəng
Xərçəng bürcü nümayəndələri səxavətlərini daha çox qayğı və emosional dəstəklə göstərirlər. Şəfqətli və həssas xarakterləri sayəsində yaxınlarının hisslərinə xüsusi diqqət yetirirlər. Çətin günlərdə dostlarına dayaq olur, onların problemlərini dinləməyə və kömək etməyə hər zaman hazırdırlar.
Şir
Şirlər sevdiklərini sevindirməyi, onlara bahalı hədiyyələr almağı və uğurlarını qeyd etməyi sevirlər. Diqqət mərkəzində olmağı xoşlasalar da, başqalarının xoşbəxtliyinə də böyük əhəmiyyət verirlər. Dostlarının əhvalını yüksəltmək üçün həm vaxtlarını, həm də maddi imkanlarını əsirgəmirlər.
Qız
Qız bürcü nümayəndələri səxavətlərini nümayiş etdirməyi sevməsələr də, köməyə ehtiyacı olan insanın yanında ilk olanlardandır. Onlar vaxtlarını və enerjilərini başqalarının problemlərinin həllinə sərf edirlər. Üstəlik, çox vaxt kömək təklifi gözləmədən hərəkətə keçirlər.
Tərəzi
Tərəzilər ətraflarındakı insanların rahatlığına və xoşbəxtliyinə xüsusi önəm verirlər. Olduqları mühitdə hər kəsin özünü yaxşı hiss etməsi üçün çalışırlar. Başqalarının ehtiyaclarını nəzərə alır, insanları sevindirməkdən və onlara diqqət göstərməkdən zövq alırlar.
Dolça
Dolça bürcü nümayəndələri səxavətlərini daha çox ictimai fəaliyyət və xeyirxah təşəbbüslərlə göstərirlər. Sosial ədalət və humanitar məsələlərə həssas yanaşırlar. Yaxşı məqsədlər uğrunda əllərindəkini paylaşmaqdan çəkinmir, bəzən ümumi mənafeyi şəxsi maraqlarından üstün tuturlar.


