YapiKredi Müraciət Forması
Hərbi

Hikmət Mirzəyevin şəhid Camal İsmayılovun oğlu ilə FOTOSU

Hikmət Mirzəyevin şəhid Camal İsmayılovun oğlu ilə FOTOSU

Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Hikmət Mirzəyevin Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun oğlu Alparslanla fotosu yayılıb.

Fotoda Hikmət Mirzəyev şəhidin oğlu ilə bir arada görüntülənib.

Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. O, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib, Aprel döyüşlərində və 2020-ci il Vətən müharibəsində iştirak edib.

2020-ci il oktyabrın 19-da Qubadlı istiqamətində gedən ağır döyüşlərdə şəhid olan Camal İsmayılov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. O, həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, Camal İsmayılov şəhid olduqdan sonra, 2021-ci il fevralın 12-də oğlu dünyaya gəlib. Atasının arzusuna uyğun olaraq körpəyə Alparslan adı verilib. Şəhidin iki qızı da var.(bakıvaxtı.az)

NE
Nihadə Eyyubova