Hər kəs həyatında səhvlərə yol verir. Lakin bəzi insanlar üçün kiçik bir yanlışlıq belə ciddi narahatlığa səbəb olur. Astroloq Christine Schoenwald səhv etməkdən xoşlanmayan, etdikləri yanlışlıqları şəxsi uğursuzluq kimi qəbul edən 3 bürcün adını açıqlayıb.
Siyahıda Qız, Oğlaq və Şir bürcləri yer alıb. Astroloji şərhlərə görə, bu bürclərin nümayəndələri özlərinə qarşı olduqca tələbkar davranır və hər işdə mükəmməlliyə can atırlar.
Qız bürcü
Merkurinin idarə etdiyi Qız bürcü mükəmməllik axtarışı ilə tanınır. Bu bürcün nümayəndələri özlərinə qarşı çox tənqidi yanaşır, hər zaman yüksək standartlara uyğun davranmağa çalışırlar.
Qızlar işlərin düzgün getməsi üçün özlərinə məxsus sistem qururlar. Ancaq hər hansı bir səhvə yol verdikdə özlərini bacarıqsız hesab edə bilirlər. Hətta kiçik yanlışlıqlar belə onların özünəinamına mənfi təsir göstərir.
Oğlaq bürcü
Saturnun idarə etdiyi Oğlaq bürcü çalışqanlığı və məsuliyyətli yanaşması ilə seçilir. Xüsusilə iş həyatında hər addımını əvvəlcədən planlaşdıran Oğlaqlar səhv etməkdən heç xoşlanmırlar.
Onlar uğursuzluğun karyeralarına mənfi təsir göstərəcəyindən, yüksəlmək və yeni məsuliyyətlər əldə etmək imkanlarını azaldacağından narahat olurlar. Buna görə də hər işi ilk cəhddən qüsursuz yerinə yetirməyə çalışırlar.
Şir bürcü
Günəşin idarə etdiyi Şir bürcü uğur qazanmağa və ətrafındakılar tərəfindən təqdir olunmağa xüsusi əhəmiyyət verir. Bu bürcün nümayəndələri üçün başqalarının hörmətini qorumaq olduqca vacibdir.
Şirlər etdikləri bir səhvin belə nüfuzlarına xələl gətirəcəyindən qorxa bilirlər. Yanlışlıq etdikdə həm özlərini, həm də ətraflarındakı insanları məyus etdiklərini düşünürlər. Bu səbəbdən uğursuzluq ehtimalı olan vəziyyətlərdən uzaq durmağa çalışırlar.


