“Selvi Boylum Al Yazmalım”ın Cemşiti illər sonra — FOTOLAR

ŞOU-BİZNES 19 sentyabr 2026, 19:55
Türk kinosunun əfsanəvi filmlərindən olan “Selvi Boylum Al Yazmalım”da Cemşit obrazını canlandıran Ahmet Mekinin son görüntüləri yenidən gündəmə gəlib.

1932-ci ildə İstanbulda anadan olan aktyor sənət fəaliyyətinə teatrla başlayıb. 1957-ci ildə “Mahşere Kadar” filmi ilə kinoya addım atan Mekin uzun illər ərzində 200-ə yaxın ekran işində rol alıb.

Aktyorun yaradıcılığında ən yaddaqalan obrazlardan biri 1978-ci ildə çəkilən “Selvi Boylum Al Yazmalım” filmindəki Cemşit olub. Türkan Şoray və Kadir İnanırın baş rollarda olduğu ekran əsəri türk kinosunun klassikləri sırasında yer alır.

Ahmet Mekin kino ilə yanaşı, teatr və televiziya layihələrində də fəaliyyət göstərib. Uzunmüddətli sənət fəaliyyəti ərzində müxtəlif mükafatlara layiq görülüb. 1992-ci ildə Ankara Beynəlxalq Film Festivalında Ömürboyu Uğur Mükafatını alıb.

Ahmet Mekin 1957-ci ildə aktrisa Kumral Şükran Sabuncu ilə ailə qurub. Cütlük 63 il birlikdə yaşayıb. Sabuncu 2020-ci ildə vəfat edib.

Həyat yoldaşının ölümündən sonra ağır günlər keçirən aktyor müsahibələrindən birində ona bağlılığının davam etdiyini bildirib. Mekin həyat yoldaşının məzarını tez-tez ziyarət etdiyini və onunla söhbət etdiyini deyib.

Uzun illərdir sənətdən uzaq həyat sürən Ahmet Mekinin son görüntüləri isə “Selvi Boylum Al Yazmalım” filminin pərəstişkarlarının marağına səbəb olub.



Leyla
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 20:10
19 sentyabr 2026, 19:30
Top