"Kızılcık Şerbeti"də Çimen dəyişikliyi: Yeni aktrisanın ilk performansı gündəmdə (FOTO)

ŞOU-BİZNES 19 sentyabr 2026, 23:06
Türkiyənin məşhur serialı “Kızılcık Şerbeti” beşinci mövsümündə aktyor heyətindəki dəyişikliklərlə tamaşaçı qarşısına çıxıb.

Demokrat.az xəbər verir ki, serialda əvvəlki mövsümlərdə Çimen obrazını canlandıran Selin Türkmenin ayrılmasından sonra bu rolu aktrisa Asena Keskinci canlandırmağa başlayıb.

Yeni mövsümdə Çimen obrazı ilə ilk dəfə ekran qarşısına çıxan Keskinci-nin performansı tamaşaçıların diqqətindən yayınmayıb. Aktrisanın obraza gətirdiyi fərqli enerji sosial mediada da müzakirə mövzusuna çevrilib.

Tamaşaçıların bir qismi yeni Çimen obrazını müsbət qarşılayarkən, bəzi izləyicilər isə əvvəlki aktrisa ilə yeni ifa arasındakı fərqləri müzakirə edib.

Beləliklə, Selin Türkmenin ayrılmasından sonra Çimen obrazının yeni siması Asena Keskinci olub. Aktrisanın serialdakı gələcək performansının tamaşaçılar tərəfindən necə qarşılanacağı isə qarşıdakı bölümlərdə bəlli olacaq.





Leyla
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 23:46
19 sentyabr 2026, 20:10
Top