Gülben Ergen vəsiyyətini hazırladı: Sənədi keçmiş ərinə verəcək

ŞOU-BİZNES 19 sentyabr 2026, 19:04
Türkiyəli müğənni Gülben Ergen 35 illik sənət fəaliyyətinin ardından vəsiyyətnaməsini hazırladığını açıqlayıb.

Sənətçi sosial media hesabında paylaşdığı açıqlamada vəsiyyətini sağlam və şüurlu olduğu dövrdə yazdığını bildirib.

“Vəsiyyətimi sağlam olduğum və ağlım başımda olduğu vaxt yazdım”, – deyə Ergen qeyd edib.

O, sənədi vəkilinə təqdim etməzdən əvvəl üç oğlunun atası, keçmiş həyat yoldaşı Mustafa Erdoğana verəcəyini açıqlayıb.

“Vəkilimdən əvvəl təhvil verəcəyim yeganə insan uşaqlarımın atasıdır. Rahatlıq və güvən içində”, – deyə müğənni vurğulayıb.

Ergen həmçinin 35 il ərzində fasiləsiz çalışdığını və hazırda həyat tempini yavaşlatmağa başladığını bildirib.

Gülben Ergen və Mustafa Erdoğan 2004-cü ildə evləniblər. Cütlüyün bu nikahdan üç oğlu dünyaya gəlib. Onlar 2012-ci ildə boşanıblar. Boşanmadan sonra isə övladlarına görə əlaqələrini davam etdiriblər.

Leyla
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 19:30
19 sentyabr 2026, 17:48
Top