"Türkiyə Məkkə Alyansı ölkələrinin yarana biləcək hərbi ehtiyaclarını qarşılaya bilər"

DÜNYA 20 sentyabr 2026, 09:04
Türkiyə Səudiyyə Ərəbistanına husilərin hücumları fonunda Məkkə sazişinə daxil olan ölkələrin yarana biləcək hərbi ehtiyaclarını qarşılamağa hazırdır.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV telekanalına müsahibəsində bildirib.

“Hazırda Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə və suverenliyinə qarşı çox ciddi hücumların baş verdiyini görürük. Bizim müttəfiqlik sazişimiz var və verdiyimiz sözə sadiqik. Xarici İşlər Nazirliyi olaraq neft infrastrukturuna hücumları, xüsusilə Məkkəyə qarşı hərəkətləri pisləyirik”, – Fidan deyib.

Onun sözlərinə görə, Türkiyə Məkkə Alyansı çərçivəsində baş verən prosesləri diqqətlə izləyir.

“Müəyyən hərbi ehtiyaclar, xüsusilə bəzi texniki məsələlərlə bağlı tələbat yarana bilər. Bunların qarşılanmasında heç bir çətinliyimiz olmayacaq”, – Türkiyə XİN rəhbəri bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 23:46
Top