Trampın Qrenlandiya ilə bağlı bəyanatı ada sakinlərində çaşqınlıq yaradıb

DÜNYA 19 sentyabr 2026, 21:01
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə Danimarka ilə razılıq əldə olunması barədə bəyanatı ada sakinlərində birmənalı olmayan reaksiya doğurub və onların bəzilərini çaşqınlığa salıb.

Demokrat.az xəbər verir ki, "The New York Times" (NYT) Trampın əvvəlcə Qrenlandiyanı almaq istədiyi, sonra onu zəbt etməklə hədələdiyi və yekunda sövdələşmənin razılaşdırıldığını elan etdiyi bildirib.

Qeyd olunub ki, əhalinin əksəriyyəti arasında çaşqınlıq və narahatlıq hökm sürür, həmçinin tərəflərin konkret olaraq nə barədə razılığa gəldiyi sualına cavab almaq istəyi qalmaqdadır.

Qrenlandiya sakinlərindən biri qəzetə deyib ki, Trampın bəyanatına təşviş və skeptisizmlə yanaşıb. O həmçinin sövdələşmənin ABŞ-yə Qrenlandiya üzərində inhisarçı hakimiyyət verməyəcəyinə ümid etdiyini bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 20:10
19 sentyabr 2026, 19:30
Top