Azərbaycan Dillər Universitetində dil tədrisi istiqamətində yeni layihəyə başlanılır. Universitetdə ilk dəfə Afrikanın qədim və geniş yayılmış dillərindən biri olan suahili dilinin tədrisi təşkil ediləcək. Bunun üçün Keniyadan xüsusi mütəxəssisin Azərbaycana dəvət olunması da diqqət çəkir.
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi söyləyib ki; Afrikada ən geniş yayılmış dillərdən biri məhz suahili dilidir.

Onun sözlərinə görə, Azərbaycan Dillər Universitetində regionşünaslıq üzrə “Afrika” istiqaməti, eləcə də Bakı Dövlət Universitetində “Afrika regionşünaslığı” ixtisası bu ildən etibarən açılıb və bu istiqamətdə kadr hazırlığı həyata keçiriləcək. Bu ixtisasların tərkibində, təbii ki, suahili dilinin də tədrisi nəzərdə tutulur:
“Təbii ki, hansı istiqamət üzrə yeni ixtisas açılırsa, xüsusilə regionşünaslıq ixtisası üzrə kadr hazırlığı həyata keçirilirsə, həmin regionu əhatə edən dilin tədrisi də nəzərdə tutulur. Bildiyimiz kimi, Afrikada geniş yayılmış dillərdən biri suahili dilidir. Buna görə də məhz bu dilin öyrədilməsi və bu istiqamətdə kadr hazırlığının həyata keçirilməsi planlaşdırılır. Tədris prosesində iştirak edən müəllim də Afrikadan gəlmiş nümayəndə olacaq və suahili dilinin tədrisində birbaşa iştirak edəcək”.
Ekspert qeyd edib ki, digər regionlar üzrə də kadr hazırlığı həyata keçirilir:
“Məsələn, Skandinaviya ölkələri üzrə regionşünaslıq istiqaməti mövcuddur və həmin istiqamətdə Skandinaviya dillərinin tədrisi aparılır. Eyni zamanda, İndoneziya üzrə regionşünaslıq istiqaməti də var və burada tədris əsasən ingilis dilində həyata keçirilir. Elə ixtisaslar da var ki, məsələn, Qafqaz regionu üzrə regionşünaslıq istiqamətində erməni və gürcü dilləri öyrədilir. Qarşıdakı dövrdə hansısa region üzrə kadr hazırlığının həyata keçirilməsi nəzərdə tutulursa, həmin regionda əsas və geniş yayılmış dilin müəyyənləşdirilməsi və onun öyrədilməsi də təmin ediləcək”.
Fidan Hacızadə