Madrid derbisində Mbappenin butsu müzakirəyə səbəb oldu — FOTO

İDMAN 21 sentyabr 2026, 11:48
“Real Madrid”in fransalı ulduzu Kilian Mbappenin Madrid derbisində geyindiyi buts diqqət çəkib.

Demokrat.az
“Foot Mercato”ya istinadən xəbər verir ki, Mbappe “Atletiko Madrid”lə qarşılaşmada ağ rəngli “Nike Mercurial” butsları ilə meydana çıxıb. Lakin futbolçu ayaqqabının üzərindəki “Nike” loqosunu gizlədib.

Bu detal onun yeni kommersiya tərəfdaşlığı fonunda xüsusi maraq doğurub. Mbappe iki gün əvvəl İsveçrənin “On” şirkəti ilə əməkdaşlığa başladığını açıqlayıb. Razılaşmaya əsasən, fransalı futbolçu brendin səfirlərindən biri olmaqla yanaşı, şirkətdə pay sahibi də olub.

Triatlon və tennis sahəsində tanınan “On” son dövrlərdə futbol bazarındakı fəaliyyətini genişləndirməyə çalışır. Şirkətin futbol layihəsində Mbappenin əsas simalardan biri olacağı, fransalı keçmiş futbolçu Tyerri Anrinin isə futbol direktoru vəzifəsini tutacağı bildirilir.

Madrid derbisində “Nike” loqosunun gizlədilməsi Mbappenin yeni tərəfdaşlığı ilə bağlı ilk diqqətçəkən görüntülərdən biri kimi qiymətləndirilir. Futbolçunun gələcək oyunlarda hansı marka ilə meydana çıxacağı isə maraq doğurur.
 
Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top