Bəzən insanı bir şəxsiyyət haqqında düşünməyə sövq edən şey onun tutduğu yüksək vəzifə, imzaladığı sənədlər və ya rəsmi çıxışları olmur. İnsanın yaddaşına birdəfəlik həkk olunan şey - sadəlikdir, səmimiyyətdir, daxildən gələn təbii insanpərvərlikdir.
İllər öncə Şamaxıda keçirilən festivallardan birində Prezidentin köməkçisi Anar Ələkbərovu kənardan izləyirdim. Olduqca maraqlı və rəngarəng festival keçirilirdi, amma mərasimə gələn qonaqlar festivaldan çox A.Ələkbərovun ətrafında toplaşmışdı. A.Ələkbərov o qədər maraqlı söhbət edirdi ki, əksəriyyət onunla həmsöhbət olmağa can atırdı. Ən maraqlısı isə o idi ki, mühafizə xidməti sıxlığın qarşısını almağa, məsafə saxlamağa çalışsa da, Anar müəllim özü insanlara tərəf addımlayır, heç kimi naümüd geri qaytarmırdı. Hər kəsə vaxt ayırır, gülümsəyir, qısa da olsa söhbət edirdi. Mənzərə o qədər təbii idi ki, mənim kimi çəkingən, insan arasına çətin qarışan biri belə bütün tərəddüdlərini unudub ona yaxınlaşdı. Nəticədə həm səmimi bir söhbətimiz alındı, həm də unudulmaz bir xatirə fotosu.
Bu gün Anar Ələkbərovun Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət etməsi, onlarla eyni masa arxasında əyləşib çay içməsi, dərdləşməsi haqqında xəbərləri görəndə, illər öncə Şamaxıda şahidi olduğum o mənzərə gözlərim önündə yenidən canlandı. Əslində, dövlət xadiminin, məmurun öz xalqının yanında olması, Şəhid ailəsinin qapısını döyməsi, onların çörəyini, çayını bölüşməsi ən təbii, ən insani hal olmalıdır. Lakin etiraf edək ki, biz illərlə kiçik bir qurumun, hətta adi bir JEK rəisinin belə sadə vətəndaşdan, Şəhid analarının qapısından neçə-neçə divarlarla ayrıldığına şahid olmuşuq. Bəzilərinin vəzifə kreslosuna əyləşən kimi insanlardan uzaqlaşdığı bir mühitdə, ölkənin ən cavabdeh vəzifələrindən birini daşıyan şəxsin bu qədər sadə və səmimi davranması insanı duyğulandırır.
Anar müəllimin bu addımı təkcə o Şəhid ocağının ürəyini açmadı, bütün xalqımızın qəlbinə toxundu. Çünki Azərbaycan xalqı əsrlər boyu öz Şəhidinə, onun bizə əmanət qoyub getdiyi ailəsinə qarşı xüsusi həssaslığı və ehtiramı ilə seçilib. Şəhid ailəsinin masası arxasında əyləşib onların çayını içmək təkcə bir ziyarət deyil; bu, xalqın milli-mənəvi dəyərlərinə sahib çıxmaq, o ailəyə "siz tək deyilsiniz, dövlət və onun nümayəndələri hər zaman sizin yanınızdadır" mesajını ən səmimi şəkildə çatdırmaqdır.
İnsanlar dəbdəbəli sözləri, formal protokolları tez unudurlar. Amma mənimsədiyiniz bir gülümsəməni, sizə ayrılan bir neçə dəqiqəlik səmimi diqqəti və çətin məqamda uzadılan dost əlini heç vaxt unutmurlar. Anar Ələkbərovun həm Şamaxıdakı festivalda sadə vətəndaşlara göstərdiyi o diqqət, həm də Milli Qəhrəmanımızın ocağında sərgilədiyi bu təvazökarlıq bir daha göstərir ki, həqiqi böyüklük tutduğun vəzifənin hündürlüyündə değil, o vəzifəni daşıyarkən xalqın içində və nə qədər "insan" qala bilməyindədir.