Bakıda xüsusilə günün pik saatlarında ictimai nəqliyyatda sıxlıq, yollarda uzunmüddətli tıxac və səs-küy sərnişinlər üçün ciddi narahatlıq yaradır. Bəzən yorğunluq və gərginlik fonunda avtobuslarda və digər nəqliyyat vasitələrində sərnişinlər arasında mübahisələr də baş verir.
Bəs ictimai nəqliyyatda sıxlıq, tıxac və səs-küy zamanı insan öz emosiyalarını necə idarə edə bilər? Gərgin vəziyyətdə mübahisəyə qoşulmamaq və psixoloji rahatlığı qorumaq üçün hansı üsullardan istifadə etmək mümkündür?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, insanlar hadisələrə emosional deyil, rasional baxmalıdırlar.
Onun sözlərinə görə, gərginlik heç nəyi dəyişmir:

“Sükan arxasındakı insanın əsəbiləşməsi idarə etdiyi nəqliyyat vasitəsinin sürətini artırmır, tıxacı açmır və yolu qısaltmır. Əksinə, diqqəti zəiflədir və gərginliyi daha da artırır.
Paytaxt şəhərlərində sıxlıq, tələskənlik və rəqabət gündəlik həyatın bir hissəsidir.
İnsan bilməlidir ki, hər vəziyyət onun nəzarətində deyil. İnsanın dəyişə bildiyi və dəyişə bilmədiyi hallar var. Dəyişə bilmədiyi vəziyyətə emosional enerji sərf etmək insanın özünə əlavə psixoloji yük yaratmasıdır. İnsan öz emosiyalarının sərhədini tanımalıdır. Tıxacda yolu açmaq mümkün deyilsə, ən azı öz daxilində gərginliyi böyütməmək mümkündür.
Sərnişinin mübahisəyə qoşulmaması, sürücünün aqressiv davranışa cavab verməməsi və diqqəti idarə edə bildiyi şeylərə yönəltməsi psixoloji gərginliyi azaltmağa kömək edir.
Rasional davranmaq emosiyasız olmaq deyil. Emosiyanı idarə etmək, emosiyanın qərarı idarə etməsinə imkan verməməkdir”, - deyə psixoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı