Paşinyandan gözlənilməz etiraf: "Səhv edib başqa təyyarəyə mindim"

SİYASƏT 18 sentyabr 2026, 13:27
Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında Almaniyaya səfəri zamanı baş verən gözlənilməz və maraqlı bir hadisə barədə paylaşım edib.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, Baş nazir yayımladığı videoda planlaşdırılan məntəqəyə deyil, tamamilə başqa hava limanına endiklərini bildirib. "Biz Visbadenə deyil, Frankfurta eniş etdik. Mən səhv edib başqa təyyarəyə əyləşmişəm", – deyə Paşinyan paylaşımında qeyd edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün rəsmi işgüzar səfərlə Almaniyaya yola düşüb.

Səfərin əsas məqsədi Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamətində göstərdiyi səylərə görə Paşinyana nüfuzlu "Hessen Sülh Mükafatı"nın təqdim edilməsi mərasimində iştirak etməkdir.

Səfər çərçivəsində onun bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi də gözlənilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top