Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun son çıxışı sosial şəbəkələrdə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, 18 yaşlı Adam Kadırov çıxışı zamanı Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı Çeçenistanda görülən hazırlıq tədbirlərindən danışıb.
Onun çıxışının videokadrları sosial platformalarda geniş yayılıb. Kadırovun yazılı mətndən oxuyaraq danışması, cümlələr arasında uzun pauzalar verməsi və bəzi sözlərin tələffüzündə çətinlik çəkməsi istifadəçilərin müzakirəsinə səbəb olub.
Görüntülərə münasibət bildirən sosial şəbəkə istifadəçiləri onun nitq tərzini istehza ilə şərh ediblər.
Jalə
Demokrat.az