Pakistanın məscid yaxınlığında kamikadze hücumu: Çox sayda ölən və yaralanan var

DÜNYA 18 sentyabr 2026, 14:03
Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində məscidin yaxınlığında baş verən və kamikadze hücumu olduğu ehtimal edilən partlayış nəticəsində ilkin məlumata görə, azı 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Demokrat.az-
ın məlumatına görə, xilasetmə xidmətinin əməkdaşı Bilal Faizi bildirib ki, partlayış Əfqanıstan sərhədində yerləşən Hayber-Paxtunxva əyalətinin Kohat bölgəsində, polis bürolarının yerləşdiyi binanın yaxınlığındakı məsciddə baş verib.

Faizinin sözlərinə görə, yaralananların əksəriyyəti cümə namazı zamanı məsciddə ibadət edən şəxslər olub.

Yaralılar ətrafdakı xəstəxanaya çatdırılıb. Çox sayda yaralının gətirilməsi səbəbindən xəstəxanada təcili vəziyyət elan edilib. Yerli polis partlayışın ətrafdakı ev və iş yerlərinə ciddi ziyan vuracaq qədər güclü olduğunu bildirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə məscidin damının çökdüyü görünür. Kadrlarda xilasetmə əməkdaşlarının və yerli sakinlərin dağıntılar altında qalan yaralıları çıxararaq təcili yardım maşınlarına apardığı əks olunub.

Hücumu hələlik heç bir qruplaşma üzərinə götürməyib. Bununla belə, hücumun rəsmi adı “Tehrik-i Taliban Pakistan” (TTP) olan Pakistan Talibanı tərəfindən həyata keçirilmiş ola biləcəyi ehtimal edilir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 14:35
Top