Sabirabad rayonunda 57 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1969-cu il təvəllüdlü İslam fərdi yaşayış evinin yataq otağında arvadı Ülviyyə ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, o, arvadının ağbirçək kimi məsləhət verməməyini, onun Bakı şəhərinə ailəsi ilə birgə getməsinə mane olmadığını bildirdiyindən aralarında mübahisə baş verib.
Şəxsi münasibətlər zəminində baş vermiş həmin mübahisə zamanı İslam arvadını yumruq zərbələri ilə vurub, ona xəsarətlər yetirib.
İslama qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ülviyyə ilə 27 ildir ailə həyatı qurub:
“Onunla münasibətlərimiz normal olub və 3 övladımız var. Mən spirtli içkilərin alüdəçisiyəm və dəfələrlə içkili halda mübahisə yaratmışam. Kənddə yerləşən evimdə Ülviyyə ilə ikimiz yaşayırıq”.
Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə məlum hadisə günü Ülviyyə evdə idi:
“Mən səhər pivə içmək üçün kafeyə getdim. Saat 11 radələrində evə gəldim və Ülviyyə mənim içkili olmağımı görərək deyinməyə başladı. Mən Ülviyyənin yanına gələrək, oğlum Vahidə hansı səbəbə düzgün məsləhət vermədiyini, onun Bakı şəhərinə getməsinə niyə mane olmamasını, ailəsinə düzgün məsləhətlər vermədiyini, normal həyat yoldaşı olmadığını dedim. Ülviyyə mənə cavab qaytardığı üçün aramızda sözlə mübahisə başladı. O, mənə cavab qaytardığı üçün onu yerə yıxdım və yumruqla sol göz nahiyəsinə 5-6 dəfə zərbə endirdim. Ülviyyə məni sinəmdən itələyərək getdi. Mən də içkili olduğum üçün bir qədər sonra yatdım”.
Təqsirləndirilən şəxs deyib ki, sonradan ona Ülviyyənin onun barəsində şikayət etdiyi məlum olub. O, etdiyi əməldən peşman olduğunu deyib.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli