“Qalatasaray”ın zədəli hücumçusu Viktor Osimhenlə bağlı Nigeriya Futbol Federasiyasına etdiyi müraciətin nəticəsi bəlli olub.
Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisinin Başakşəhərlə oyunda zədələnən futbolçunun Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya millisinin heyətinə daxil edilməməsini istədiyi iddia olunub.
Osimhenin hazırda zədədən tam sağalmadığı və milli fasilədən sonra komandasına tam hazır vəziyyətdə qayıtmasının gözlənildiyi bildirilir. “Qalatasaray”ın bu səbəbdən Nigeriya Futbol Federasiyasından 27 yaşlı hücumçunun qarşıdakı seçmə oyunlarında iştirak etməməsini xahiş etdiyi qeyd olunub.
Lakin Nigeriya tərəfi bu müraciəti qəbul etməyib. Federasiya Osimheni 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində Madaqaskar və Qvineya-Bisau ilə keçiriləcək oyunlar üçün yekun heyətə daxil edib.
Məlumata görə, Nigeriya millisinin Osimhenə xüsusilə bu iki qarşılaşmada böyük ehtiyacı var. Buna görə də ulduz hücumçunun zədə vəziyyətinə baxmayaraq 24 nəfərlik heyətdə saxlanılmasına qərar verilib.
Osimhenin milli komandaya çağırıldığı halda Rusiya ilə keçiriləcək yoldaşlıq görüşünün heyətinə daxil edilmədiyi də bildirilir.
Hazırda “Qalatasaray”da əsas diqqət Osimhenin Superliqanın növbəti turunda “Trabzonspor”a qarşı meydana çıxıb-çıxmayacağına yönəlib. Hücumçunun son durumunun yaxın günlərdə daha dəqiq müəyyənləşəcəyi gözlənilir.
Jalə
Demokrat.az