Günel Abbas bu klubun mətbuat katibi oldu

İDMAN 17 sentyabr 2026, 11:25
Xankəndi Futbol Klubunda yeni təyinat baş verib.

Bu barədə Elnur Niftəliyev paylaşım edib. O qeyd edib ki, klubun mətbuat katibi vəzifəsinə Günel Abbas gətirilib.

Paylaşımda Günel Abbasın klubdakı yeni fəaliyyət mərhələsi münasibətilə ona uğurlar arzulanıb.

“Daha bir qürur dolu xəbər. Xankəndi Futbol Klubunun mətbuat katibi, əziz dostum Günel Abbas. Fəaliyyətinin yeni mərhələsində bol uğur və daim qələbə xəbərləri arzu edirəm!” – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Xankəndi Futbol Klubu Azərbaycanın futbol xəritəsində Qarabağ və Xankəndinin adını təmsil edən klublardan biridir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top