Osimhen "Trabzonspor" matçında oynayacaq? — Qərar günü bəlli oldu

İDMAN 16 sentyabr 2026, 20:34
"Qalatasaray"ın sonuncu "Kocaelispor" matçında zədə səbəbindən meydana çıxa bilməyən Viktor Osimhenlə bağlı yeni inkişaf baş verib.

Demokrat.az
xəbər verir ki, "Qalatasaray"da "Trabzonspor"la oyun öncəsi ən çox maraq doğuran məsələ Viktor Osimhenin vəziyyətidir. "Başakşəhər"lə matçda problem yaşayan və sağ qasıq nahiyəsindən zədələnən nigeriyalı hücumçunun oynayıb-oynamayacağı cümə günü bəlli olacaq.

"Sportinq" və "Kocaelispor" matçlarını buraxan Osimhen üçün əvvəldən "Trabzonspor"la səfər oyunu hədəf müəyyənləşdirilib. Bildirilib ki, bu planla bağlı hər hansı dəyişiklik yoxdur. Müalicəsi intensiv şəkildə davam etdirilən Osimhenin vəziyyəti son ana qədər nəzarətdə saxlanılacaq və "Trabzonspor"a səfərdən əvvəl qərar veriləcək.

Qeyd edilib ki, bu mərhələdə Osimhenin yanaşması da əhəmiyyətlidir, lakin zədəsinin daha da ağırlaşmasına səbəb ola biləcək riskə yol verilməyəcək.

"Başakşəhər"lə qarşılaşmada eyni problemi yaşayan Lemina üçün də oxşar prosesin keçərli olduğu qeyd edilib. Osimhen və Lemina 3 gün ərzində yaxından izləniləcək, futbolçulara bir sıra testlər tətbiq olunacaq. Bununla belə, oyunçuların ən doğru vaxtda meydanlara qayıtmasının planlaşdırıldığı bildirilib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top