"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirildi

İQTİSADİYYAT 17 sentyabr 2026, 11:28
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyəti və qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Demokrat.az
xəbər verir ki “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat üzrə hədəflərə nail olunması məqsədilə yaradılmış “İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib. İclasda Strategiya üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

İclasda çıxış edən işçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Strategiya üzrə həyata keçirilən tədbirlərin ölkəmizdə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin olunmasında əhəmiyyətini vurğulayıb. Görüşdə işçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyəti, həmçinin İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu tədbirlər çərçivəsində görülmüş işlər barədə məlumat verib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Təranə Salıfova Strategiyanın monitorinq və qiymətləndirilməsi çərçivəsində 2026-cı ilin 6 ayı ərzində görülmüş işlər və qarşıda duran fəaliyyət istiqamətləri barədə məlumat verib.

Daha sonra Strategiyada nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi, həmçinin aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 8 işçi qrupu yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top