Vüsalədən Xəzər TV-dən getməsi iddialarına reaksiya — FOTO

ŞOU-BİZNES 17 sentyabr 2026, 12:15
Aparıcı Vüsalə Əlizadə Xəzər TV-dən ayrılması ilə bağlı yayılan iddialara reaksiya verib.

Aparıcı Xəzər TV-nin binasının görüntüsünü paylaşaraq sözügedən xəbərlərə münasibət bildirib. O, paylaşımı ilə yeni mövsümdə də Xəzər TV-də fəaliyyətini davam etdirəcəyini nümayiş etdirib.

Qeyd edək ki, kanalın yeni mövsüm anonsları arasında Vüsalə Əlizadənin yer almaması onun Xəzər TV-dən ayrılması ilə bağlı iddiaların yayılmasına səbəb olmuşdu. İddialar arasında aparıcıya ARB TV-dən təklif gəldiyi də yer alırdı.

Vüsalə Əlizadə bir neçə ildir Xəzər TV-də yayımlanan “İncə səhər” proqramına aparıcılıq edirdi. O, ötən mövsüm səhhəti ilə əlaqədar səhər efirində fəaliyyətini dayandırdığını açıqlamışdı. (Axşam.az)



Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

Top