"Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu həyati əhəmiyyət kəsb etmir"
Demokrat.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, baş nazir Nikol Paşinyan bu bəyanatı parlamentdəki çıxışı zamanı verib.
"Bişkekdən İrəvana qayıtdıqdan dərhal sonrakı gün Rusiya prezidentinin belə bir bəyanatını gördüm: 'Əgər Ermənistan hərbi bazanı çıxarmağımızı istəyirsə, biz onu çıxaracağıq'. Buna cavab olaraq mən aşağıdakıları bildirdim: Ermənistan heç vaxt hərbi bazanın çıxarılması məsələsini qaldırmayıb, lakin Rusiya onu çıxarmaq qərarına gəlsə, Ermənistan buna etiraz etməyəcək, çünki bazanın Ermənistanda mövcudluğu həyati əhəmiyyət kəsb etmir", - deyə Paşinyan vurğulayıb.
O qeyd edib ki, əgər Rusiya hərbi bazanın ölkədə qalmasını istəyirsə, Ermənistan bu məsələni müzakirə etməyə hazırdır.
Xatırladırıq ki, dünən sentyabrın 16-daErmənistan parlamentində keçirilən sual-cavab sessiyası zamanı müxalifətçi deputat Areqa Hovsepyan Paşinyana qondarma "Dağlıq Qarabağ"ın separatçı qurumlarının İrəvandakı fəaliyyəti, Qarabağı könüllü surətdə tərk etmiş ermənilərin mənzil problemləri və onların gələcəyi barədə suallar ünvanlayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ dövlət qurumlarının Ermənistan Respublikası ərazisində fəaliyyətini davam etdirməsinin qarşısını almaq üçün əlindən gələni edəcəyini vəd edib.
Deputatın fikirlərinə cavab olaraq Paşinyan bildirib ki, bu, erməni xalqına zərər vurur.
"Siz elə bilirsiniz ki, Ermənistanın başqa yerlərində mənzilsiz insanlar yoxdur? Niyə hansısa "nümayəndəliyə" gedirlər? Qoy sizin evinizə gəlsinlər. Bu o deməkdirmi ki, kirayə haqqını ödəməkdə çətinlik çəkən hər kəs istədiyi yerdə məskunlaşa bilər? Sizin məntiqiniz budurmu? Əgər onlar sizin evinizə gəlsələr, şikayətlənməyin", - deyə Paşinyan müxalif deputata qəzəblə cavab verib.
Qondarma separatçı rejimin İrəvanda kök salmış qurumları haqqında danışan baş nazir vurğulayıb ki, Ermənistan daxilində iki dövlət və ya hökumət ola bilməz.
"Sizin qeyd etdiyiniz struktur mövcud ola bilməz. O, Ermənistan Respublikasının idarəçiliyi altına keçməlidir. Baş nazir kimi, dövlət daxilində ikinci bir dövlətin, yaxud hökumət və ya parlamentin mövcudluğuna son qoymaq üçün ən sərt tədbirləri görəcəyəm", - deyə Paşinyan sözlərini yekunlaşdırıb.
Alparslan