Ermənistan Azərbaycandan təbii qaz ala bilər.
Demokrat.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
O, Ermənistanın bir ölkədən asılılığı digər ölkədən asılılıqla əvəz etməyəcəyini qeyd edib:
“Biz mümkün olan hər yerdən qaz almaq niyyətindəyik. Əgər Rusiya bizə qaz tədarük edərsə, Rusiyadan alacağıq, Azərbaycan tədarük edərsə, Azərbaycandan alacağıq, İran etsə, İrandan alacağıq. Əgər Türkiyədən qaz almaq imkanı yaranarsa, ondan da alacağıq. Kim deyib ki, bir cibdən çıxıb digərinə tullanmaq lazımdır?”.
Jurnalistin Rusiya qazının Ermənistan üçün daha ucuz başa gəlməsi barədə sualını cavablandıran Simonyan qiymətin yalnız dollarla ölçülmədiyini bildirib: “Kim deyib ki, qazın qiyməti daha ucuzdur? Görürsünüz ki, qazdan siyasi valyuta kimi istifadə olunur”.
Qeyd edək ki, hazırda Ermənistan təbii qazın böyük hissəsini Rusiyadan alır. 2025-ci ildə “Qazprom” ölkəyə təxminən 2,7 milyard kubmetr qaz tədarük edib.
Demokrat.az