Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo kəskin artıb. Cari ilin ilk aylarında müsbət saldo ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox yüksəlib.
Bəs xarici ticarət saldosunun 5 dəfədən çox artmasının əsas səbəbi nədir və bu göstərici Azərbaycanın iqtisadiyyatına real olaraq nə verir?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, 2026-cı ilin ötən dövründə ticarət saldosunda kəskin artım ifrat optimizmə gətirib çıxarmamalıdır:
“Çünki bu artımı şərtləndirən amillər daha çox ekzogen xarakter daşımaqla, birbaşa olaraq iqtisadi inkişafın nəbzini əks etdirmir.
Çünki burada artımı şərtləndirən birinci amil ixracın artmasıdır. İxrac qlobal bazarlardakı geosiyasi situasiyadan, eyni zamanda ABŞ-İran-İsrail konflikti fonunda neftin qiymətinin kəskin bahalaşmasından qaynaqlanır.
Burada ikinci təsiredici amil, daha doğrusu, qeyri-neft məhsullarının ixracı üzrə qeydə alınan kəskin artımdır. Bu artımın əsas səbəblərindən biri də qeyri-monetar qızıl ixracıdır.
Digər amil isə ötən illə müqayisədə idxalın həcmində azalmadır. İdxalın həcmində azalmanı bir neçə kateqoriyada qruplaşdırmaq olar. Bunlara həm 2026-cı ilin əvvəlindən etibarən güzəştli şərtlərlə hibrid və elektrik mühərrikli avtomobillərin idxalına tətbiq edilən məhdudiyyətləri, həm də bu güzəştli şərtlərin aradan qaldırılması nəticəsində müvafiq istiqamətdə idxal meyllərinin ciddi şəkildə azalmasını aid etmək olar.
Digər tərəfdən, ötən ilin müvafiq dövründə qeyri-monetar qızılın idxalı həyata keçirilmişdi ki, bu da göstəricini ciddi şəkildə artırmışdı. Bu il həmin istiqamətdə idxalın azalması səbəbindən əvvəlki dövrdəki kimi ciddi təsir müşahidə olunmur.
Əhalinin alıcılıq qüvvəsinin də dolayısı ilə azalmasının bu məsələyə təsiri var. Yəni bu üç amilin təsiri nəticəsində saldo 5 dəfə artıb. Bu 5 dəfə artım texniki xarakterlidir, müvəqqəti əhəmiyyət daşıyır və normal məcraya, bazar konyunkturasına qayıdıldığı halda biz bunu müşahidə etməyəcəyik.
Amma əlbəttə ki, bütün hökumətlərin, o cümlədən Azərbaycan hökumətinin əsas məqsədi məhz ixrac-idxal əməliyyatlarında müsbət saldonun əldə edilməsi və bu saldonun daha yüksək səviyyədə olmasının təmin edilməsidir”.
Ekspert əlavə edib ki, bu halda, təbii ki, milli valyutanın məzənnəsinə təzyiqlər azalır, strateji valyuta ehtiyatları artır:
“Həm müdafiə, həm də ərzaq təhlükəsizliyi, eləcə də digər bu kimi risklər üzrə hökumətin maliyyə təminatı imkanları genişlənir. Yəni bu, eyni zamanda daha idarə olunan monetar və fiskal mühit formalaşdırır.
Amma bununla yanaşı, nəzərə almaq lazımdır ki, fikrimin əvvəlində də qeyd etdiyim kimi, burada arxayın olmaq olmaz. Bu məsələlər daha çox müvəqqəti xarakterlidir. Bu gün geosiyasi vəziyyətin tarazlaşması neftin qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər və müvafiq istiqamətdə əldə olunan mümkün artım meylləri ciddi şəkildə zəifləyə bilər.
İndiki şərtlər daxilində daha çox yerli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, liberal iqtisadi mühitin formalaşdırılmasına, ixrac potensialı olan şirkətlərin, qeyri-neft, qeyri-resurs bazalı şirkətlərin formalaşdırılmasına, o cümlədən daxili tələbatın ödənilməsində yerli istehsalın payının artırılması məsələsinə diqqət yetirilməlidir.
Və bu da fundamental islahatların həyata keçirilməsi zərurətini yaradır”.
Nuray Paşşanlı