Azərbaycan 2026-cı ilin yanvar-avqust aylarında 10 ölkəyə ümumilikdə 14,68 milyon ton xam neft ixrac edib. İxracın əsas hissəsinin İtaliya, Çexiya və Rumıniya kimi Avropa ölkələrinin payına düşməsi Azərbaycanın neft bazarlarının coğrafi strukturunu yenidən gündəmə gətirir.
Bəs neft ixracının əsasən bir neçə Avropa ölkəsində cəmlənməsi Azərbaycan üçün hansı risklər yaradır? Gələcəkdə Azərbaycan neftinin yeni bazarlara çıxarılması üçün hansı imkanlar mövcuddur?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Elçin Rəşidov bildirib ki, ixracın bir neçə Avropa ölkəsinin üzərinə düşməsi məsələsində Avropanın özündə Azərbaycanın əsas alıcıları formalaşıb.
Onun sözlərinə görə, bu baxımdan hazırda ciddi risk yoxdur:
“Ümumiyyətlə, tutaq ki, Avropa hansısa səbəbdən neft almağı azaltdı və ya kəsdi. Onda biz, təbii ki, nefti başqa bazarlara yönəltməliyik və bizim o istiqamətdə hələlik nəqliyyat infrastrukturumuz yoxdur.
Eləcə də Avropada Azərbaycan neftinə uyğunlaşmış müəyyən ölkələr var. Belə ki, neftayırma zavodları neftin xüsusiyyətlərinə uyğun fəaliyyət göstərir. Onun kükürdlülük səviyyəsinə və digər xüsusiyyətlərinə uyğun olaraq öz avadanlıqlarını uyğunlaşdırırlar. Onlar Azərbaycandan aldıqları neftə uyğun avadanlıq qururlar, başqaları isə başqa yerdən aldıqları neftə uyğun avadanlıqlar qururlar.
Bu halda, tutalım ki, bizim ən böyük alıcımız İtaliyadır. İtaliya hansısa səbəbdən imtina edərsə, təbii ki, digər ölkələrə əlavə neft satmaq çətinləşə bilər. Qiyməti aşağı salmaq lazım gələcək. Çünki onlara Azərbaycan neftini emal etmək baha başa gəlir, onlar avadanlıqlarını uyğunlaşdırmayıblar və s. Belə müəyyən məsələlər var.
Burada bir məsələ də var ki, Azərbaycanın neft hasilatının özü aşağı düşür. Biz bu baxımdan həmin riskdən müəyyən qədər sığortalanırıq. Artıq biz mövcud bazarlarımızın ehtiyaclarına kifayət qədər neft çatdıra bilməyəcəyik. Nəinki nefti harasa sata bilmək, əsas məsələ mövcud bazarların tələbatını ödəmək olacaq”.
Elçin Rəşidov əlavə edib ki, neft bazarında qiymət və hasilat arasındakı əlaqə də Azərbaycanın gəlirlərinə təsir edən amillərdən biridir:
“Məsələn, OPEC ölkələrində də belə bir yanaşma var. Bundan başqa, öz neft resursuna uzunmüddətli bir resurs kimi baxan və ondan maksimum gəlir əldə etmək istəyən ölkələrdə neftin qiyməti artanda çalışırlar hasilatı artırsınlar. Neftin qiyməti azalanda isə çalışırlar hasilatı azaltsınlar.
Beləliklə, yüksək qiymətlər zamanı daha çox neft satmaqla, aşağı qiymətlər zamanı isə nisbətən az neft satmaqla uzunmüddətli perspektivdə neft gəlirlərini maksimallaşdırmış, artırmış olurlar.
Neftin qiyməti azalanda hasilatın artırılması, qiymət yüksələndə isə hasilatın azalması neft gəlirlərinin dəyişməsinə təsir göstərə bilər. Bu baxımdan hasilat və qiymət arasındakı balansın düzgün qurulması vacibdir.
Həmin riskləri məsələyə daha rasional və uzunmüddətli yanaşmaqla idarə etmək mümkündür. Burada əsas məqsəd mövcud neft resurslarından daha səmərəli istifadə etmək və gəlirlərin optimallaşdırılmasına çalışmaqdır.
Amma illər keçir və bizim neft gəlirlərimiz, təəssüf ki, çoxalmır, maksimallaşmır. Bu da Neft Fonduna daxil olan gəlirlərin həcminə təsir göstərə bilər.
Bu, dünya bazarına da təsir göstərir. Çünki dünya bazarında qiymətlərin dalğalanmasına, məsələn, biz töhfə veririk. Qiymət aşağı olanda biz bir az da çox istehsal edirik, qiyməti daha aşağı salırıq, dalğalanmanın amplitudasını artırırıq. Qiymət yuxarı olanda isə belə arxayın oluruq. Halbuki daha çox neft verməliyik ki, dünya bazarında qiyməti aşağı salaq, amplitudanı bir az azaldaq. Biz isə bunu etmirik.
Yəni Azərbaycanın neft hasilatının azalması həmin riski müəyyən qədər sığortalayır. Bizim onsuz da başqa bazarlara nefti çıxarmağa ciddi imkanlarımız yoxdur.
Boru kəmərləri, deyək ki, Gürcüstan üzərindən Türkiyə istiqamətinə, Qara dəniz sahilinə, Qara dəniz limanına, ən böyüyü, deyək ki, Boru kəmərləri vasitəsilə Gürcüstan üzərindən Türkiyə istiqamətinə, Qara dəniz sahilinə və Aralıq dənizi limanlarına çıxış imkanlarımız var. Bundan əlavə, neftin Rusiya ərazisi vasitəsilə də nəql edilməsi mümkündür.
Yenidən Qara dəniz limanına çıxışımız var, amma bu istiqaməti müəyyən mənada Rusiyanın nəzarətində olan marşrut kimi qiymətləndirmək olar.
Çünki oradan neftin necə satılacağına artıq Rusiya və onun maraqları təsir edir.
Yəni Azərbaycanın coğrafi mövqeyi istiqamətlər baxımından böyük imkanlar yaratmır. Əksinə, Azərbaycan üzərindən başqalarının nefti və ya qazı gəlib Qərb bazarlarına keçə bilər. Nisbətən Azərbaycanın bu imkanı var.
Əksinə, hələlik Rusiyanı istisna etsək, bizim nefti sata biləcəyimiz əsas istiqamətimiz var”.
Nuray Paşşanlı