Bakının Xəzər rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Yaşıl aptekin yaxınlığında baş verib.
Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Taleh həmin ünvanda özünə məxsus olan “Skoda” markalı avtomobildə arvadı Təranə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Taleh aralarında yaranmış mübahisə zamanı arvadının göz və ağız nahiyəsinə yumruqla qəsdən vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmiş şəxs isə bildirib ki, təqsirləndirilən şəxslə barışmayıb, ona dəymiş ziyan ödənilməyib, onun azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini istəyib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Taleh 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, Bakı şəhəri ərazisini tərk etməmək qadağan olunub.
Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.
Həmçinin təqsirləndirilən şəxsə bu müddətdə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli