Bakının Nərimanov rayonunda 35 yaşlı kişi sevgili münasibətində olduğu qadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 21 fevral 2026-cı il tarixində Nərimanov rayonunda, Ziya Bünyadov prospektində baş verib. Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Tərlan həmin ünvanda nömrəsiz evdə birgə yaşadığı Züleyxa (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisə zamanı o, Züleyxanın çiyin nahiyəsinə qəsdən bir yumruq zərbəsi vuraraq ona xəsarət yetirib. Tərlan barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını bildirib. Zərərçəkmiş Züleyxa da ifadəsində Tərlanla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Tərlan cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib. Fariz Məlikli Editor
Bakıda 31 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Camal (ad şərtidir – red.) sevgili münasibətində olduğu Ruhiyyəyə (ad şərtidir – red.) xəsarət yetirib. "Rəvan dedi ki, açıq-saçıq şəkillərini at, mən də göndərdim" - Qarajdakı hadisənin detallarıBakıda qadın ərini dişlədi, kişi də onu polisə verdi"Arxa oturacaqda əxlaqsızlıq edərkən gördüm ki, iki nəfər əllərində telefonla maşına yaxınlaşırlar" İstintaq sənədlərinə görə, onlar arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Bu zaman Camal qəsdən əli ilə Ruhiyyənin sifət nahiyəsinə vuraraq ona xəsarət yetirib. Camal barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə araşdırması zamanı tərəflərin barışdığı məlum olub. Zərərçəkmiş şəxs Camalı bağışlayaraq ondan şikayətçi olmadığını bildirib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Camal cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib. Fariz Məlikli Editor
Bakının Nərimanov rayonunda hoteldə cütlük arasında dava düşüb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 25 yanvar 2026-cı il tarixində baş verib. Qəbələ rayon sakini, 1990-cı il təvəllüdlü Arif tanışı Təranə (adlar şərtidir – red.) ilə əylənmək üçün rayon ərazisində yerləşən hotellərdən birinə gəlib. Hotelin 303-cü otağında gecələyən cütlüyün arasında mübahisə yaranıb. Təxminən saat 05:30 radələrində baş verən münaqişə zamanı Arif Təranənin baş nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Arif barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını və bir daha belə hallara yol verməyəcəyini bildirib. Zərərçəkmiş Təranə də ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Arif cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib. Fariz Məlikli Editor
Bakının Sabunçu rayonunda 31 yaşlı kişi münasibətdə olduğu qadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisələr 17 avqust və 3 sentyabr 2025-ci il tarixlərində Pirşağı qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Rüfət 17 avqust 2025-ci il tarixində saat 23 radələrində Pirşağı qəsəbəsində, Əjdər Məlikov küçəsində yerləşən evin qarşısında tanışı Ramilə (adlar şərtidir – red.) ilə şəxsi münasibətləri zəminində mübahisə edib. Mübahisə zamanı o, qadının bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirərək xəsarət yetirib. Həmçinin oxu: - "Rəvan dedi ki, açıq-saçıq şəkillərini at, mən də göndərdim" - Qarajdakı hadisənin detalları- Bakıda qadın ərini dişlədi, kişi də onu polisə verdi- "Arxa oturacaqda əxlaqsızlıq edərkən gördüm ki, iki nəfər əllərində telefonla maşına yaxınlaşırlar" Bundan başqa, Rüfət sentyabrın 3-də, gecə saat 01 radələrində Pirşağı qəsəbəsində yerləşən evin həyətində və qarşısında Ramilə ilə yenidən mübahisə edib və bu dəfə də ona yumruqla zərbələr endirib. Rüfət barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə ifadə verən Rüfət özünü təqsirli bilib. O bildirib ki, təxminən hadisələrdən bir il yarım əvvəl "TikTok" sosial şəbəkəsi vasitəsilə Ramilə ilə tanış olub və həmin vaxtdan aralarında qeyri-rəsmi münasibət yaranıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, Ramilə ilə birlikdə Pirşağı qəsəbəsində yaşayıb. O, avqustun 17-də saat 23 radələrində Ramilə ilə evin qarşısında olarkən qadının geyimini bəyənmədiyini deyib: "Ramilənin bu geyimdə çölə çıxmasına razı olmadığımı bildirdim. O da mənimlə razılaşmayaraq cavab qaytardı. Nəticədə qısqanclıq zəminində aramızda münaqişə yarandı. Saçından tutaraq əlimlə üz nahiyəsinə zərbə vurdum və onu döydüm. Hadisə 2-3 dəqiqə davam etdi. Sonradan polis gəlib məni idarəyə apardı və orada izahat verdim". Rüfət bildirib ki, bundan bir neçə gün sonra başqa ünvanda qalıb, sentyabrın 1-də isə Ramilənin yaşadığı evə gedərək bir gün orada qalıb. Onun sözlərinə görə, sentyabrın 2-dən 3-nə keçən gecə yenidən Ramilənin evinə gedib. Ramilə evdə olmadığından onu qapının qarşısında gözləyib: "Sentyabrın 3-də, gecə saat 01 radələrində Ramilə taksi ilə evə gəldi və həyətə daxil oldu. Mən də onun arxasınca həyətə getdim və gecənin bu vaxtı haradan gəldiyini soruşdum. O, mənə cavab vermədən evə daxil oldu. Evin içərisində mübahisə etməyə başladıq. Ramilə çölə çıxaraq qışqırmaq istədi. Mən də onu tutaraq dartdım və evə gətirdim. Onu tutarkən bədəninin müəyyən nahiyələrini əzdim. Evin içərisində də tutaşdıq və mübahisəni davam etdirdik. Tutaşarkən əlimlə onu vurdum ki, sakitləşsin. Lakin sakitləşmədiyini gördüm. Ona ‘gəl, beş dəqiqə otur, söhbət edək, sonra gedim" dedim. Ramilənin səsindən qonşuların səs-küyə çıxacağından ehtiyat etdim. Mübahisənin qonşulara narahatlıq yaradacağını düşündüyüm üçün oradan ayrılıb getdim. Bundan sonra başqa hadisə baş verməyib". Zərərçəkmiş Ramilə isə ifadəsində Rüfətlə təxminən bir il yarım nişanlı münasibətdə olduğunu bildirib: "Lakin hadisədən təxminən yeddi ay əvvəl Rüfətin çoxlu spirtli içki qəbul etməsi və buna görə tez-tez mübahisələr yaratması səbəbindən ondan uzaqlaşdım. Buna baxmayaraq, Rüfətlə dostluq münasibətimiz davam etdi". Ramilənin sözlərinə görə, avqustun 17-də saat 23 radələrində işdən çıxaraq Pirşağı qəsəbəsində yaşadığı evə gəlib. Evə çatanda Rüfət ona yaxınlaşaraq qısqandığını bildirib və mübahisə etməyə başlayıb. "Həmin vaxt Rüfət spirtli içki qəbul etdiyinə görə sərxoş vəziyyətdə idi. Mübahisə zamanı arxadan mənə yaxınlaşaraq nalayiq ifadələrlə təhqir etməyə başladı. Saçımdan tutaraq dartdı və yerə yıxdı. Üz nahiyəmə bir neçə dəfə əl ilə, daha sonra sol qol və sol ayaq nahiyələrimə təpiklə zərbələr endirdi. Zərbələrin təsirindən çənə nahiyəm əzildi. Eyni zamanda sol qolum və sol ayağım da zədələndi. Həmin zədələr çox ağrılı idi. Bundan sonra Rüfət məni itələyərək oradan uzaqlaşdı". Zərərçəkmiş bildirib ki, sentyabrın 3-də, gecə saat 01 radələrində evdə olarkən həyətdən səs eşidib. İtin hürməsi və qapının döyülməsi səsini eşidərək həyətə çıxdığını deyib: "Bu zaman Rüfətin yenidən hasardan keçərək həyətə daxil olduğunu gördüm. Danışığından və hərəkətlərindən sərxoş olduğu aydın hiss olunurdu. Ona dərhal həyətdən çıxmasını və məni narahat etməməsini bildirdim. Lakin o, mənə yaxınlaşanda evə daxil olaraq giriş qapısını örtdüm. Rüfət isə qapını təpiklə vuraraq açdı və evə daxil oldu. Daha sonra yumruqla sifətimə və gözümə bərk zərbələr endirdi. Zərbələrin təsirindən sağ gözüm şişdi və göz ətrafındakı dəri zədələndi. Bərkdən qışqıraraq kömək çağırmağa başladım. Rüfət də kiminsə gələcəyindən və əməlinin şahidi olacağından qorxaraq məni nalayiq ifadələrlə təhqir edib evdən getdi". Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınaraq barəsindəki cinayət təqibinə xitam verilib. Fariz Məlikli Editor
Bakıda 18 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli digər hərəkətlər etməkdə ittiham olunub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Rəvan 2023-cü ilin müxtəlif vaxtlarında yetkinlik yaşına çatmayan Ruqiyyə (adlar şərtidir – red.) ilə cinsi əlaqədə olub və seksual xarakterli digər hərəkətlər edib. İstintaq sənədlərinə əsasən, ilk hadisə 2023-cü ilin mayında, saat 19 radələrində baş verib. Növbəti hadisə həmin ilin avqust ayının ortalarında, yenə saat 19 radələrində olub. Daha sonra 2023-cü ilin oktyabr ayının əvvəllərində və 2024-cü ilin may ayının əvvəllərində, gecə saat 03 radələrində analoji hadisələr baş verib. Rəvanın Ruqiyyə ilə ilk dəfə cinsi əlaqədə olduğu zaman 11-ci sinifdə oxuduğu, 2023-cü ilin mayında isə həmin sinfi bitirdiyi qeyd olunub. Bundan sonra da yetkinlik yaşına çatmayan qızla münasibətlərini davam etdirib. Rəvan qızla həm cinsi əlaqədə olub, həm də seksual xarakterli digər hərəkətlər edib. Bu hərəkətlərin onun yaşadığı evdə və idarə etdiyi avtomobildə törədildiyi bildirilir. Rəvan barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on altı yaşına çatmayan şəxslə təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə ifadə verən Rəvan özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Ruqiyyəni məşq etdiyi idman zalından tanıyıb. Onun sözlərinə görə, həbs edilən zaman Suraxanı rayonundakı orta məktəblərdən birinin rus bölməsində 11-ci sinifdə təhsil alıb. Təqsirləndirilən şəxs 11 il cüdo ilə məşğul olduğunu, son vaxtlar isə kikboksinqlə məşğul olduğunu deyib. Onun sözlərinə görə, yaşadığı rayon ərazisindəki idman zalında Tural adlı məşqçinin rəhbərliyi ilə məşq edib. Rəvan ifadəsində bildirib: "Cüdo üzrə 15-17 yaşlılar arasında Avropa çempionu olmuşam. Yaşadığım ünvana yaxın yerləşən idman zalına da məşqə getmişəm. Həmin zalda Ruqiyyə də məşq edib. Onun məşqçisi başqa şəxs olub. Biz ayrı-ayrı vaxtlarda məşq etmişik. Bəzən məşq üçün gələndə Ruqiyyənin qrupu da zalda olurdu. Ruqiyyə ilə yalnız salamlaşmışam. Aramızda dostluq münasibəti olmayıb. Sadəcə bir-birimizə hörmət etmişik, idman və yarışlar barədə danışmışıq". Təqsirləndirilən şəxsin sözlərinə görə, Ruqiyyə bir-iki dəfə ona yaxınlaşaraq xoşunun gəldiyini və sevgili olmaq istədiyini deyib. "Mən etiraz edərək ona ‘yox" demişəm. Özümdən çıxaraq ona sərt cavab vermişəm. Ruqiyyə idmandakı nailiyyətlərimə görə mənə yaxınlaşıb və müəyyən vaxtdan sonra ailə münasibətinə qədər getmək istəyib. Ona görə də onunla sərt danışmışam və həmin söhbətdən sonra qız mənimlə əlaqəni kəsib. Ruqiyyənin nömrəsi məndə olsa da, heç vaxt yazışmamışıq. Cavablarımdan sonra məni bloka atıb. Mənim ona qarşı cinsi istəyim və marağım olmayıb. Onunla heç bir cinsi münasibətim olmayıb. Ümumiyyətlə, heç kimi sevməmişəm, heç kimlə sevgili münasibətində olmamışam. Fikrimi idmana vermişəm. Məşqçim də mənə qızlarla münasibət qurmamağım barədə xəbərdarlıq edib. Ruqiyyə heç vaxt mənim yaşadığım evdə olmayıb. Qaraj uzun müddət kirayəyə verilib və orada ailə yaşayıb. Atama məxsus avtomobil adətən qarajın qarşısında saxlanılıb. Məşq etdiyi zal evimizin yaxınlığında olduğundan Ruqiyyə zala gələndə həmin avtomobili görə bilər. Ruqiyyə həmçinin dostum Nihaddan evimiz barədə ətraflı məlumat alıb. Onun danışdıqlarının hamısı yalandır". Zərərçəkmiş Ruqiyyə isə məhkəmədə fərqli ifadə verib. O, Rəvanla münasibətləri və aralarında baş verdiyini bildirdiyi hadisələr barədə geniş ifadə verib. Ruqiyyənin sözlərinə görə, 2023-cü ilin mayında Nərmin adlı rəfiqəsi ilə parkda gəzərkən Rəvanla tanış olub və onunla dostlaşıb. Onlar bir-birlərinə telefon nömrələrini veriblər. Zərərçəkmiş bildirib ki, arada "WhatsApp" vasitəsilə yazışıblar: "Elə olub ki, sözlərimiz uyğunlaşıb və Rəvan mənə intim yerlərinin fotolarını göndərib. Mən bunun səbəbini soruşdum. O, hisslərimin oyanması üçün göndərdiyini dedi. Sonra söhbətlərimiz yaxşı davam etdi və demək olar ki, sevgili olduq. Rəvan məndən də şəkil istədi. Mən çılpaq şəklimi ona göndərdim. Bir müddət sonra Rəvan mənə cinsi əlaqədə olmağı təklif etdi. Mən də razılaşdım". Ruqiyyə bildirib ki, ad günündən təxminən 10-15 gün sonra Rəvan evdə tək olduğunu və onunla cinsi əlaqədə olmaq istədiyini deyib. Onun sözlərinə görə, Rəvanın çağırışı ilə yaşadığı evə gedib: "Rəvanın yaşadığı evi əvvəlcədən tanıyırdım. Saat təxminən 18-19 radələri olardı ki, evin yaxınlığına gəldim. O, məni qarşıladı və birlikdə evə keçdik. Evdəki divanda oturaraq bir qədər söhbət etdik. Rəvan məni qucaqlayıb öpdü, sonra soyunduq və əlaqədə olduq. İlk dəfə əlaqədə olduğumuz zaman məndən qan gəlmədi. Rəvan bunun səbəbini soruşanda bilmədiyimi, ilk dəfə onunla cinsi əlaqədə olduğumu dedim". Zərərçəkmişin ifadəsinə görə, bundan sonra bir müddət Rəvanla əlaqə saxlamayıb. Təxminən iki ay sonra yenidən "WhatsApp"da danışıb və bir neçə gün sonra Rəvanın evinə gedib: "Əlaqədə olduqdan sonra paltarlarımı geyindim. Bu zaman Rəvan məndən seksual xarakterli hərəkət etməyimi istədi. Mən etiraz etsəm də, Rəvan boynumdan tutaraq mənə qarşı zor tətbiq etdi". Ruqiyyənin sözlərinə görə, bundan sonra bir müddət danışmayıblar. Daha sonra, 2023-cü ilin oktyabrında gecə saat 02:00 radələrində Rəvan ona zəng edərək cinsi əlaqədə olmaq üçün evlərinə çağırıb. "Mən də yaşadığım evdən gizlincə çıxaraq 10-15 dəqiqə piyada getdim və Rəvangilin evinə çatdım. O, məni qarşıladı və qaraja keçdik. Atasının avtomobilinin açarı Rəvanın əlində idi. Qarajda kamera olduğundan Rəvan dedi ki, elə keçim ki, kamerada görünməyim. Qarajda olan "Mercedes" markalı avtomobildə cinsi əlaqədə olduq. Bir müddət sonra yenə Rəvangilin evinə getdim. Qarajda olan avtomobilin kapotunun üzərində də cinsi əlaqədə olduq. Ümumilikdə iki dəfə kapotun üzərində əlaqədə olmuşuq. Rəvan mənimlə tam deyil, yarımçıq əlaqədə olub". Zərərçəkmiş bildirib ki, bir müddət sonra Rəvan ona artıq danışmamağı və nişanlanacağını deyib: "Mən də dedim ki, yolun açıq olsun. Beləliklə, əlaqələrimiz kəsildi. Lakin başqa bir şəxsin də mənimlə əlaqədə olması ilə bağlı şikayət edərkən polis əməkdaşları məndən digər şəxslə münasibətimin olub-olmadığını soruşdular. Əgər olubsa, bunu özümün könüllü deməyimi, əks halda telefonumdakı mesajlardan müəyyən edə biləcəklərini bildirdilər. Mən də həmin vaxt Rəvanla əlaqədə olduğumu dedim. Mən Rəvanla idman zalında deyil, parkda tanış olmuşam. İdman zalında 2023-cü ilin sentyabrından məşq etməyə başlamışam. Rəvanla zorla yox, könüllü olaraq cinsi əlaqədə olmuşam. Çünki bir-birimizə qarşı hisslərimiz olub. Münasibətdə olmağı ilk dəfə Rəvan təklif edib. Mən də rədd etməmişəm, çünki onu sevmişdim. Ailəm Rəvanla görüşdüyümü bilməyib. Gecə evdən çıxanda ailə üzvlərimin bundan xəbəri olmayıb". Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyənləşdirilib. Fariz Məlikli Editor
Quba rayonunda 30 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 fevral 2026-cı il tarixində Quba rayonunun kəndlərindən birində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü Əsəd yaşadığı evin qarşısında həmkəndlisi Zaurla (adlar şərtidir – red.) mübahisə edib. Şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əsəd yumruqla Zaurun baş nahiyəsinə zərbə endirərək ona xəsarət yetirib. Əsəd barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə ifadə verən Əsəd özünü təqsirli bilib. O bildirib ki, fevralın 11-də oğlu Valehi məktəbdən gətirmək üçün gedərkən onun ağladığını görüb və səbəbini soruşub. Oğlu sinif yoldaşı Sərxanın onu təhqir etdiyini deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, yolda Sərxanı görərək onunla əsəbi danışsa da, uşağa əl qaldırmayıb. Əsəd hadisənin sonrakı mərhələsini belə izah edib: "Həmin gün saat 17 radələrində Sərxanın atası Zaur yaşadığımız evin qarşısına gələrək məni çölə çağırdı. O, Zauru nə üçün vurduğumu soruşdu. Mən onu vurmadığımı desəm də, aramızda söz mübahisəsi yarandı. Əsəbiləşərək bir dəfə yumruqla onun baş nahiyəsindən vurdum. Həmin vaxt orada kənar şəxslər yox idi". Zərərçəkmiş Zaur isə ifadəsində fevralın 11-də oğlu, 2008-ci il təvəllüdlü Sərxanı məktəbdən gətirmək üçün getdiyini bildirib. O, oğlunun ağladığını görərək səbəbini soruşduğunu, Sərxanın isə Əsəd adlı şəxsin onu sillə ilə vurduğunu dediyini qeyd edib. Zaurun sözlərinə görə, bundan sonra Əsədin yaşadığı evə gedərək ondan oğlunu nə üçün vurduğunu soruşub: "Əsəd yaxşı edərək vurduğunu deyib, yumruqla baş nahiyəmdən bir dəfə zərbə endirdi". Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Əsəd cinayət məsuliyyətindən azad olunub və barəsindəki cinayət işi üzrə icraata xitam verilib. Fariz Məlikli Editor
Qusar rayonunda restoran mühafizəçisi ofisianta xəsarət yetirməkdə ittiham olunub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar-Şahdağ yolunun sol kənarında yerləşən restoranlardan birində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Aqil işlədiyi restoranda ofisiant Məmmədlə (adlar şərtidir – red.) mübahisə edib. Mübahisə zamanı mühafizəçi həmkarına yumruq zərbəsi endirərək xəsarət yetirib. Aqil barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə ifadə verən Aqil özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Məmmədlə bir-birlərini tanıyırlar, aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb. Həmkəndli olan şəxslər eyni restoranda çalışıblar. Aqilin sözlərinə görə, Məmməd 2026-cı ilin yanvar ayından Qusar-Şahdağ yolunun sol kənarında yerləşən restoranda ofisiant, özü isə mühafizəçi işləyib. Təqsirləndirilən şəxs hadisəni belə təsvir edib: "Hadisə günü saat 20 radələrində Məmmədlə restoranın 3 nömrəli kabinetində əyləşərək çay içməyə başladıq. Söhbət zamanı Məmməd qardaşına zəng etmək üçün mobil telefonumu istədi. Mən də telefonumu ona verdim. O, qardaşı ilə danışığını bitirdikdən sonra telefonu geri qaytardı. Bundan sonra Məmmədlə zarafat etmək məqsədilə onun qardaşına öz telefonumdan bir neçə dəfə zəng etməyə başladım. Məmməd qardaşını narahat etməməyimi istədi. Bu sözündən əsəbiləşərək ona qışqırdım. Nəticədə aramızda mübahisə yarandı. Mübahisə zamanı ayağa qalxaraq Məmmədin sifət nahiyəsinə yumruq zərbəsi vurdum. Zərbənin təsirindən o, yerə yıxıldı və burnundan qan gəldi". Aqil bildirib ki, hadisədən sonra restoranda ofisiant işləyən Amil oraya gələrək Məmmədə ayağa qalxmağa və üzünü yumağa kömək edib, həmçinin təcili tibbi yardıma zəng vurub. "Bir qədər sonra çağırış əsasında restorana gələn təcili tibbi yardım briqadasının həkimləri Məmmədi Qusar Rayon Mərkəzi Xəstəxanasına apardılar. Xəstəxanada ona tibbi yardım göstərildi", – deyə təqsirləndirilən şəxs bildirib. Aqil törətdiyi əməldən peşman olduğunu, zərərçəkmişlə barışdığını, onun heç bir şikayət və tələbinin olmadığını qeyd edib. Qusar Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Aqil cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib. Fariz Məlikli Editor
Qusar rayonunda 68 yaşlı kişi qardaşının həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar rayonunun kəndlərindən birində baş verib. Belə ki, 1958-ci il təvəllüdlü Şirvan mərhum qardaşının həyat yoldaşı Mədinəyə (adlar şərtidir – red.) yaşadıqları evdə xəsarət yetirib. O, qadını əvvəlcə itələyib, daha sonra saçlarından dartıb. Şirvan barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə ifadə verən Şirvan özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Mədinə onun mərhum qardaşı Əlinin həyat yoldaşıdır. Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü bacı və qardaşlarından aldığı etibarnamə əsasında reyestr xidmətinin əməkdaşı ilə birlikdə kənddə yerləşən ata evinin plan və ölçülərini müəyyənləşdirmək üçün həmin ünvana gəlib. O, həyətin darvazasını bir neçə dəfə döysə də, qapını açan olmayıb. Şirvan ifadəsində hadisəni belə təsvir edib: "Qonşunun həyətindən açıq olan çəpərdən keçərək həyətə daxil oldum və darvazanı açdım. Həmin vaxt reyestr xidmətinin əməkdaşı çöldə dayanmışdı. Yanımızda olan digər şəxs isə taksi sürücüsü idi və o da bizi çöldə gözləyirdi. Mən birinci mərtəbədəki qapını döydüm. İkinci mərtəbədən çıxan Mədinə məni görüb qışqırmağa başladı. ‘Sən kimsən, bura gəlirsən, sənin nə ixtiyarın var?" deyərək mübahisə etdi. Mədinəyə ata evimə gəldiyimi, çıxarışın alınması üçün reyestr xidmətinin əməkdaşının ölçülər götürməli olduğunu bildirdim. Mədinə buna mane oldu, məni itələyərək darvazadan çölə çıxartdı. Reyestr xidmətinin əməkdaşı isə belə mübahisəli məsələ olduğu halda onu nə üçün çağırdığımı soruşdu". Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Mədinənin atası Xəlil də hadisə yerinə gəlib və ona "Bunlar sənə baha başa gələcək" deyib. "Öz ata evimə gəldiyimi, hansı səbəbdən içəri buraxılmadığımı soruşdum. Onlar isə cavab vermədilər. Mən zərərçəkmiş şəxsi vurmamışam, ona xəsarət yetirməmişəm", – deyə Şirvan bildirib. Zərərçəkmiş Mədinə isə ifadəsində Şirvanın mərhum həyat yoldaşı Əlinin doğma qardaşı olduğunu deyib. O bildirib ki, Şirvan onların yaşadığı evə əvvəllər gəlib-getməyib və qadın onu ümumiyyətlə tanımayıb. Mədinənin sözlərinə görə, hadisə günü saat 12 radələrində qızı ilə birlikdə evin ikinci mərtəbəsində olarkən giriş qapısının açıldığını eşidib. Evə oğru girdiyini düşünərək qapıya yaxınlaşdığını deyən zərərçəkmiş hadisəni belə xatırlayıb: "Zalda qarşımda sonradan adının Şirvan olduğunu öyrəndiyim şəxsi, onun arxasında isə tanımadığım daha iki nəfəri gördüm. Onlardan evə niyə icazəsiz daxil olduqlarını, necə girdiklərini və nə istədiklərini soruşdum. Şirvan mənə ‘Çıx çölə, cəhənnəm ol, bu ev mənimdir" dedi. Telefonu götürərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermək istəyəndə Şirvan hər iki əli ilə məni tutaraq divara çırpdı. Başım divara dəydi. Özümü çox pis hiss edərək yerə yıxıldım. Həmin vaxt Şirvan əlləri ilə saçlarımdan tutub dartdı və məni pilləkəndən aşağı itələmək istədi. Mən ona müqavimət göstərdim, özümü ondan qorumaq üçün itələdim. Onun yanında olan digər iki nəfər də qaçaraq çölə çıxdı". Qusar Rayon Məhkəməsinin hökmü ilə Şirvana 2 000 manat məbləğində cərimə cəzası təyin edilib. Lakin barəsində amnistiya aktı tətbiq olunduğundan o, cəzadan azad edilib. Fariz Məlikli Editor
Abşeron rayonunda 34 yaşlı qadın ərinə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Aysu birgə yaşadıqları evdə əri Musa (adlar şərtidir – red.) ilə mübahisə edib. İstintaq materiallarına görə, Aysu bir gün əvvəl ərinin telefonda ucadan danışmasına görə aralarında yaranmış mübahisənin davamı olaraq, ailə münasibətləri zəminində baş verən növbəti mübahisə zamanı Musanın sağ və sol bazu nahiyələrini dişləyib, sol əlinə və döş qəfəsinə xəsarətlər yetirib. Aysu barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə izahat verən Aysu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, zərərçəkmiş Musa onun əridir. Onlar 2020-ci ildə rəsmi nikaha daxil olublar və həmin nikahdan 2020-ci il təvəllüdlü Ayla adlı qızları dünyaya gəlib. Onun sözlərinə görə, ailə qurduqdan təxminən iki ay sonra Musa ilə aralarında mübahisələr yaranmağa başlayıb. Hətta bir dəfə rəsmi qaydada boşanmaq üçün məhkəməyə də müraciət edib: "Lakin sonradan fikrimdən daşındım. Hazırda isə boşanma məsələsinə Xəzər Rayon Məhkəməsində baxılır. Hadisə günü axşam saatlarında evdə olarkən ərim Musa telefonda yüksək səslə danışırdı. Mən də ona öz iradımı bildirdim. Buna görə aramızda mübahisə yarandı". Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü saat 11:00 radələrində paltarını dəyişmək üçün Musadan otaqdan çıxmasını tələb edib: "Lakin Musa otaqdan çıxmadı. Buna görə də aramızda mübahisə başladı. Həmin vaxt Musa təpiklə arxa nahiyəmə zərbə endirdi. Mən kənara çəkildim. O isə əl çəkməyərək mənə yaxınlaşdı, üzərimə tüpürdü, məni söydü, itələyərək sıxışdırdı. Musa məni sıxıb buraxmadığı üçün onun qolunu dişlədim. Bundan sonra Musa kənara çəkildi". Təqsirləndirilən şəxs bildirib ki, Musa ilə aralarında mütəmadi olaraq mübahisələr baş verib. Onun sözlərinə görə, mübahisə zamanı azyaşlı qızları da evdə olub və dava təxminən 2-3 dəqiqə davam edib. Aysu qeyd edib ki, mübahisə zamanı yaranan səs-küyü eşidən komendant, Təranə adlı qadın onların evinə gəlib və Musaya iradını bildirib. Onun sözlərinə görə, mübahisə zamanı Musanı söyüb, qolunu dişləyib, lakin ona zərbə vurmayıb. İş üzrə zərərçəkmiş Musa ifadəsində bildirib ki, Aysu ilə 2020-ci ildə rəsmi nikaha daxil olub və həmin nikahdan bir qızları dünyaya gəlib. Onun sözlərinə görə, ailə qurduqdan təxminən iki ay sonra aralarında mübahisələr başlayıb. Hətta bir dəfə Aysu boşanmaq üçün məhkəməyə müraciət edib, lakin sonradan fikrindən daşınaraq ərizəsini geri götürüb. Musa qeyd edib ki, hadisədən əvvəl, axşam saatlarında yaşadıqları ünvanda telefonda yüksək səslə danışarkən həyat yoldaşı Aysu təhqiramiz ifadələr işlədərək ona iradını bildirib. Buna görə aralarında sözlü mübahisə yaranıb: "Ertəsi gün, təxminən saat 11:00 radələrində evdə olduğumuz zaman həyat yoldaşımla aramızda yenidən mübahisə başlandı. Aysu heç bir səbəb olmadan məni nalayiq söyüşlərlə təhqir etdi. Mən də baş verənləri mobil telefonla çəkirdim. Bu, onun xoşuna gəlmədi. O, əlimdəki içi dolu çay stəkanına vuraraq onu yerə salıb sındırdı. Buna görə aramızda mübahisə yarandı. Əsəbiləşərək təpiklə Aysunun arxa nahiyəsinə vurdum. O, kənara çəkildi. Mən onun arxasınca gedərək onu itələdim. Bundan sonra Aysu üstümə gələrək mənimlə mübahisə etdi və hər iki qolumu dişlədi. Mən də onu özümdən uzaqlaşdırmaq üçün müqavimət göstərdim, sinəsindən itələdim. Çünki Aysu yenidən məni dişləməyə cəhd edirdi. Bundan sonra o, məndən aralandı". Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunaraq Aysu cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Fariz Məlikli Editor
Ucar rayonunda 67 yaşlı kişi məktəbli qıza qarşı iyrənc hərəkətlər etməkdə ittiham edilib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1958-ci il təvəllüdlü Seyran 2025-ci ilin oktyabr ayının əvvəllərində, saat 13:15 radələrində 2017-ci il təvəllüdlü Saranı (adlar şərtidir – red.) təhsil aldığı Ucar rayonunun kəndində yerləşən orta məktəbin qarşısında evə aparmaq məqsədilə idarə etdiyi "Opel Astra" markalı avtomobilin arxa oturacağına əyləşdirib və evin yaxınlığına apararaq yolda avtomobili dayandırıb. Daha sonra o, azyaşlı qızın qolundan tutaraq zor tətbiq edib, hər iki sifətindən öpərək seksual xarakterli zorakılıq hərəkətləri edib. Bundan başqa, 67 yaşlı kişi idarə etdiyi avtomobildən azyaşlı qıza qarşı iyrənc niyyətini daha iki dəfə təkrarlayıb və ona qarşı seksual xarakterli hərəkətlər edib. Seyranın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Seyran ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində bildirib ki, arvadı Gülər və oğlu Elçin ilə birlikdə Ucar rayonunun kəndində yaşayıb. Onun sözlərinə görə, özünə məxsus "Opel Astra" markalı avtomobili olub və həmin avtomobillə taksi fəaliyyəti göstərib, həm Ucar şəhərinə sərnişin aparıb, həm də gətirib. Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əlavə, məktəb vaxtlarında bəzi kənd sakinlərinin uşaqlarını yaşadıqları evdən götürüb məktəbə aparıb, dərs başa çatdıqdan sonra isə həmin uşaqları geri qaytararaq yaşadıqları evin qarşısında düşürüb: "Məktəbə aparıb-gətirdiyim uşaqların valideynləri hər bir uşağa görə ayda mənə 20 manat veriblər. Həmkəndlim Vəfadarın uşaqlarını uşaqlıq yaşlarından tanımışam. Onunla qohumluq əlaqəm, ədavət və ya düşmənçiliyim olmayıb. Əvvəlki illərdə Vəfadarın uşaqlarını məktəbə aparıb-gətirməmişəm. Onun uşaqları məktəbə başqa avtomobillə gedib-gəliblər". Təqsirləndirilən deyib ki, 2025-ci ilin sentyabr ayının əvvəllərində Vəfadar onun yanına gəlib və uşaqlarını məktəbə aparan şəxsin artıq aparmaq istəmədiyini, hər ay ona 40 manat pul verəcəyini, idarə etdiyi avtomobillə oğlu Teymuru və qızı Saranı da məktəbə aparıb-gətirməsini deyib: "Mən Vəfadarla razılaşdım və dərs vaxtlarında saat 08:50 radələrində idarə etdiyim avtomobillə Vəfadarın yaşadığı evin qarşısına gedərək gözləmişəm. Onun 4-cü sinifdə təhsil alan oğlu Tofiq və 3-cü sinifdə təhsil alan qızı Sara gələrək avtomobilə əyləşib, sonra onları təhsil aldıqları məktəbin qarşısında düşürərək evə getmişəm. Eyni gündə saat 12:50 radələrində qayıdaraq məktəbin qarşısından uşaqları götürmüşəm və yaşadıqları evin qarşısında düşürmüşəm. Sonra öz şəxsi işlərimlə məşğul olmuşam". Seyranın sözlərinə görə, 2025-ci ilin oktyabr ayının əvvəllərində, səhər saat 08:50 radələrində idarə etdiyi avtomobillə Vəfadarın oğlu və qızını yaşadıqları evin qarşısından götürüb və məktəbin qarşısına gətirərək düşürüb: "Həmin gün saat 12:50 radələrində isə onları götürmək üçün məktəbin qarşısına getdim. Bir qədər keçdikdən sonra Sara adlarını xatırlamadığım başqa uşaqlarla birlikdə gələrək avtomobilimə əyləşdi. Avtomobilimlə başqa uşaqları da məktəbə aparıb-gətirdiyimə görə həmin vaxt Sara ilə birlikdə maşınıma hansı uşaqların əyləşdiyini xatırlamamışam. Saradan qardaşı Teymurun harada olduğunu soruşdum. O, qardaşının dərsdə olduğunu bildirdi. Mən idarə etdiyim avtomobillə digər uşaqları yaşadıqları evin qarşısında düşürdüm. Sonra Saranı da düşürməyim üçün Vəfadarın yaşadığı evin qarşısına gəldim. Sara avtomobildən düşmək istəyərkən arxaya çevrildim və arxa oturacağa tərəf uzanmış Saranın qolundan tutaraq özümə tərəf çəkdim, hər iki sifətindən öpdüm. Sara nəyə görə belə hərəkət etdiyimi, yəni hansı səbəbdən onu öpdüyümü başa düşmədi və özünü itirmiş halda avtomobildən düşərək getdi". Seyran qeyd edib ki, sonrakı günlərdə yenə də idarə etdiyi avtomobillə Sara ilə qardaşı Teymuru məktəbə aparıb-gətirib: "Vəfadarın mənə heç bir söz deməməsindən başa düşdüm ki, Sara onu öpməyimlə bağlı valideynlərinə heç bir söz deməyib. 2025-ci ilin oktyabr ayının ortalarında yenə də səhər saat 08:50 radələrində idarə etdiyim avtomobillə Səftərin hər iki uşağını yaşadıqları evin qarşısından götürərək məktəbə aparmışam, günorta yenə də onları məktəbdən götürmək üçün ora getmişəm. Bir qədər keçdikdən sonra Sara adlarını xatırlamadığım başqa uşaqlarla birlikdə gələrək avtomobilə əyləşdi. Saradan qardaşı Teymurun harada olduğunu soruşdum. O, qardaşının dərsdə olduğunu bildirdi. Mən idarə etdiyim avtomobillə digər uşaqları yaşadıqları evin qarşısında düşürdükdən sonra Vəfadarın yaşadığı evin qarşısına gələrək maşını saxladım. Sonra arxaya çevrildim və arxa oturacağa tərəf uzanaraq Saranın qolundan tutdum, hər iki sifətindən öpdüm. Sara heç bir söz demədi və avtomobildən düşərək getdi. Sonrakı günlərdə Vəfadarın yenə də heç bir söz deməməsindən başa düşdüm ki, Sara onu öpməyimlə bağlı evdə valideynlərinə heç bir söz deyib". Təqsirləndirilən şəxs deyib ki, həmişə olduğu kimi növbəti gün, saat 08:50 radələrində idarə etdiyi avtomobillə Vəfadarın yaşadığı evin qarşısına gedib və Sara ilə qardaşı Teymur avtomobilə əyləşdikdən sonra onları məktəbin qarşısında düşürüb: "Eyni qaydada həmin gün saat 12:50 radələrində idarə etdiyim avtomobillə məktəbin qarşısına gedərək uşaqların dərsdən çıxmalarını gözlədim. Bir qədər keçdikdən sonra Sara, Esmira, Raul və adlarını xatırlamadığım digər uşaqlar tez gələrək avtomobilə əyləşdi. Teymur isə bir qədər gec gəldiyinə görə avtomobilə əyləşə bilmədi. Mən Teymur və digər uşaqlara gözləmələrini, avtomobildə olanları düşürdükdən sonra qayıdaraq onları götürəcəyimi dedim. Sonra isə idarə etdiyim avtomobillə Esmira, Raul və adlarını xatırlamadığım digər uşaqları apararaq yaşadıqları evin qarşısında düşürdüm. Sonra qərara gəldim ki, avtomobilimi sakit bir yerdə saxlayaraq yenidən Saranı öpüm. Sara narahat olmasın deyə ona qayıdaraq məktəbin qarşısına getməyi, qardaşı Teymuru da götürdükdən sonra onları birlikdə evə aparacağımı dedim. Sara avtomobildən düşməmiş və təxminən saat 13:20 radələrində yaşadığı evlərin olduğu yerdən təxminən 500-600 metr uzaqlaşdım, Bakı-Qazax avtomobil yolunun Qazax rayonu istiqamətində avtomobili saxladım. Yerə düşərək sağ arxa qapını açdım və arxa oturacaqda Saranın yanında oturdum. Arxa oturacaqda oturduqdan sonra əvvəlcə Saranı özümə tərəf çəkərək qucaqladım, sifətindən öpdüm. Sonra isə ona digər intim hərəkətlər etdim. Bir neçə dəqiqə keçdikdən sonra səs eşitdim və başımı qaldıranda iki nəfər şəxsin avtomobilə tərəf yaxınlaşdıqlarını, onlardan birinin əlində tutduğu mobil telefonla videoçəkiliş apardığını gördüm. Onlardan biri avtomobilin sağ arxa qapısını açdıqda yerə düşdüm. Onlar nə etdiyimi, uşağın kim olduğunu soruşdular. Mən də yalandan onlara avtomobildə nasazlıq olduğunu, Saranın nəvəm olduğunu bildirdim". Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seyran 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli Editor
Bakının Suraxanı rayonunda əcnəbi vətəndaş arvadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib. Əfqanıstan vətəndaşı, 1979-cu il təvəllüdlü F. R. nömrəsiz evdə arvadı K. R. ilə mübahisə edib. İstintaq sənədlərinə görə, 47 yaşlı kişi arvadının onu qısqanmasına və mobil telefonla kənar şəxslərlə danışmasına irad bildirməsinə görə yaranan mübahisə zamanı qəsdən əli ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vuraraq döş qəfəsinə xəsarətlər yetirib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə araşdırma zamanı təqsirləndirilən şəxsin arvadı ilə barışdığı, zərərçəkmiş qadının ona qarşı heç bir şikayət və tələbinin olmadığı məlum olub. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli Editor
Bakının Suraxanı rayonunda qadın əri tərəfindən döyülüb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Ələddin yüngül dərəcəli sərxoş vəziyyətdə birgə yaşadıqları evdə arvadı Süsənlə (adlar şərtidir – red.) mübahisə edib. İstintaq sənədlərinə görə, həmin vaxt Süsən ərinə yaşadıqları evdə spirtli içki qəbul etməsinə irad bildirib. Bununla əlaqədar aralarında yaranan mübahisə zamanı 49 yaşlı kişi əli ilə qəsdən arvadının üz nahiyəsinə bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirib. Faktla bağlı Ələddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Ələddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu, dəymiş zərəri ödədiyini və zərərçəkmiş şəxslə barışdıqlarını bildirib. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli Editor