Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır.
Demokrat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib.
Dövlət başçısı vurğulayıb ki, buna zərər vurmağa çalışan hər şey cəmiyyət tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işlərin başa çatdırıldığı anlamına gəlmir, çünki TDT üzvü olan ölkələrdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək.
Demokrat.az