YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Söyüşə görə dava düşdü — Məhkəmədə barışdılar

Söyüşə görə dava düşdü — Məhkəmədə barışdılar

İmişli rayonunda 37 yaşlı kişi tanışına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən, "Bəhrəmtəpə dairəsi" adlanan yerdə baş verib.

1989-cu il təvəllüdlü Şahin həmyerlisi Sakitin (adlar şərtidir – red.) onu söyərək təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun baş və sifət nahiyələrinə qəsdən yumruqla bir neçə zərbə endirərək xəsarət yetirib.

Şahin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İmişli Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkmiş də ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin qərarı ilə Şahin barəsində cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor