YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Ailəvi restoranda vurub gözünü göyərtdilər — Məhkəmə

Ailəvi restoranda vurub gözünü göyərtdilər — Məhkəmə

Balakən rayonunda restoranda iki nəfər arasında dava olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Balakən rayonunun Şərif kəndi ərazisində yerləşən "Qabaqçöl" ailəvi restoranında baş verib.

1983-cü il təvəllüdlü Əsgər həmin restoranda aralarında yaranmış mübahisə zamanı tanışı Vahidin sağ gözünə yumruqla vuraraq ona sağ gözaltı nahiyəsindən xəsarət yetirib.

Faktla bağlı Əsgər barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Əsgər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Vahidlə barışdığını və ona dəymiş ziyanın ödənildiyini bildirib.

Zərərçəkmiş Vahid də təqsirləndirilən şəxsin dediklərini təsdiqləyib. O, Əsgərlə barışdığını, dəymiş ziyanın ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmadığını bildirib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, Əsgər barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor