Türkiyədə məhkəmə boşanma işi üzrə diqqətçəkən qərar qəbul edib. Arvadına “eşşəksən, heyvansan” deyərək təhqir edən kişi ağır təqsirli hesab olunub və qadına maddi və mənəvi təzminat ödənilməsinə qərar verilib.
Demokrat.az xəbər verir ki, Türkiyə Ali Məhkəməsinin (Yargıtay) 2-ci Hüquq Dairəsi boşanma işinə dair apellyasiya müraciətini araşdırarkən bu qənaətə gəlib.
Məhkəmə sənədlərinə əsasən, uzun müddət ciddi fikir ayrılığı yaşayan cütlük bir-birinə qarşı boşanma iddiası qaldırıb. Birinci instansiya məhkəməsi kişinin ailə həyatına mənfi təsir göstərəcək şəkildə hər gün spirtli içki qəbul etdiyini, həyat yoldaşını təhqir və söyüşlərlə alçaltdığını, ona “eşşəksən, heyvansan” dediyini və ailə qarşısında məsuliyyətsiz davrandığını müəyyən edib.
İlkin mərhələdə kişi tam təqsirli sayılsa da, sonrakı məhkəmə baxışında tərəflərin bərabər dərəcədə təqsirli olduğu qənaətinə gəlinib. Nəticədə qadının təzminat tələbləri də təmin edilməyib.
İşə baxan Yargıtay 2-ci Hüquq Dairəsi isə bu yanaşmanı düzgün hesab etməyib.
Ali Məhkəmə qərarında kişinin həyat yoldaşına qarşı istifadə etdiyi “eşşəksən, heyvansan” ifadələrinin qadının şəxsiyyət hüquqlarına hücum xarakteri daşıdığı vurğulanıb.
Qərarda bildirilib ki, kişinin təhqir və alçaldıcı davranışlarının davamlı xarakter daşıması, qadının fiziki zorakılığının isə yalnız bir dəfə baş verməsi tərəflərin eyni dərəcədə təqsirli hesab edilməsinə əsas vermir.
Yargıtay hesab edib ki, nikah münasibətlərinin pozulmasına səbəb olan hadisələrdə kişi qadına nisbətən daha ağır təqsirlidir.
Məhkəmə həmçinin qeyd edib ki, boşanma nəticəsində daha az təqsirli tərəfin maddi və mənəvi zərər görməsi halında təqsirli tərəfdən uyğun məbləğdə təzminat tələb etmək hüququ var.
Bu səbəbdən iş yenidən qiymətləndirilmək üçün aşağı instansiya məhkəməsinə qaytarılıb. Qərara əsasən, qadına ödəniləcək maddi və mənəvi təzminatın məbləği tərəflərin sosial-iqtisadi vəziyyəti və ədalətlilik prinsipləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
Jalə
Demokrat.az