Türkiyəli məşhur bu üsulla 30 kq arıqladı — FOTOLAR

ŞOU-BİZNES 17 sentyabr 2026, 12:32
Türkiyəli aktrisa Gözde Seda Altuner arıqlama prosesi ilə bağlı daha əvvəl verdiyi açıqlamalardan sonra yenidən gündəmə gəlib. Aktrisanın sosial media hesabında paylaşdığı yeni fotolar izləyicilərinin diqqətini çəkib.

Demokrat.az
xəbər verir ki, Altuner daha əvvəl verdiyi müsahibəsində artıq çəkidən xilas olmaq üçün həkim nəzarəti altında arıqlama iynəsindən istifadə etdiyini bildirmişdi.

Aktrisanın bu müddətdə yalnız iynədən istifadə etmədiyi, eyni zamanda qidalanmasına diqqət etdiyi və idmanla məşğul olduğu qeyd olunub. Maqazin mətbuatında Altunerin bu proses nəticəsində təxminən *30 kiloqram çəki itirdiyi* barədə məlumatlar yayılıb.

Altuner həmçinin arıqlama məqsədilə istifadə edilən iynələrin həkim məsləhəti və nəzarəti olmadan qəbul edilməməsi barədə izləyicilərinə xəbərdarlıq edib.

Aktrisanın son günlərdə sosial media hesabında paylaşdığı yeni fotolar isə onun görünüşündəki dəyişikliklə bağlı yenidən müzakirələrə səbəb olub. Paylaşımlara qısa müddətdə çoxsaylı şərhlər yazılıb.

Gözde Seda Altunerin arıqlama prosesi və son görünüşü sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.







Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

17 sentyabr 2026, 13:09
Top