“İmkan yaradılsa, Azərbaycan Ermənistan ərazisindəki tarixi-dini abidələrin də bərpasını təmin edə bilər. Biz inanclı cəmiyyət olduğumuz üçün ölkə ərazisində çoxsaylı tarixi-dini abidələr mövcuddur. Bu abidələrin qorunması istiqamətində əsas məqsədlərdən biri tarixi yaddaşın bərpasıdır. Digər mühüm istiqamət isə həmin abidələrin turizm baxımından əhəmiyyətinin artırılmasıdır”.
Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda təşkil olunmuş konfrans zamanı bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan dövləti üçün tarixi-dini abidənin hansı dinə mənsub olması fərq etmir:
“Kilsə, sinaqoq və məscidlərə eyni yanaşma əsasında münasibət göstərilir və onların qorunması, bərpası təmin olunur. Azərbaycanda tarixi-dini abidələrə dini mənsubiyyət prizmasından yanaşılmır. Eyni zamanda, ölkəmiz digər dövlətlərdə yerləşən tarixi-dini abidələrin bərpasına da öz töhfəsini verir”.
Fidan Hacızadə