“İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm istiqamətlərindən biri tarixi və dini abidələrin bərpasıdır. Burada məqsəd yalnız dağıdılmış tikililərin yenidən qurulması deyil”.
Demokrat.az xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda baş tutan konfrans zamanı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
Sədrin sözlərinə görə, işğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır:
“Bu istiqamətdə dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirilməsində Heydər Əliyev Fondunun rolu xüsusidir. Fondun birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində mədəni və dini abidələrin bərpasına yönəlmiş çoxsaylı layihələr həyata keçirilib. Burada nəzərə alınması son dərəcə vacib olan bir məqam var. Hər abidənin öz tarixi, özünəməxsus mənəvi mühiti və cəmiyyətdəki yeri nəzərə alınmalıdır. Xüsusilə məscid, ziyarətgah, pir və digər tarixi abidələrə münasibətdə bu məsələ daha həssas yanaşma tələb edir. Çünki onlar həm mədəni irs nümunəsi, həm də insanların dini və ictimai həyatının bir parçasıdır. Məhz bu baxımdan yanaşdıqda, tarixi-dini abidələrin bərpası prosesin sonu deyil, yeni bir mərhələnin başlanğıcıdır. Bu mərhələdə aidiyyəti dövlət qurumlarının, mütəxəssislərin və dini icmaların əlaqələndirilmiş fəaliyyətinə ehtiyac vardır. Təbii ki, burada ictimaiyyətin dəstəyi də xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyət Nazirliyi tarixi-mədəni irsin öyrənilməsi, mühafizəsi və bərpası istiqamətində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə dini icmalar, din xadimləri və ibadət məkanları ilə birbaşa işləyən qurum kimi bu prosesdə mühüm əlaqələndirici imkanlara malikdir. Bu iki istiqamətin uzlaşdırılması tarixi-dini abidələrin qorunmasına vahid və davamlı yanaşmanın formalaşması üçün unikal imkan yaradır”.
Ramil Məmmədov söyləyib ki, abidələrin hüquqi statusu, texniki vəziyyəti, istifadə forması və mövcud problemləri barədə məlumatların səmərəli şəkildə birləşdirilməsi prioritetlərin düzgün müəyyənləşdirilməsinə və gələcək işlərin daha səmərəli planlaşdırılmasına kömək edəcəkdir:
“Bu baxımdan tarixi-dini memarlıq nümunələrinin vahid məlumat bazasının və rəqəmsal xəritəsinin formalaşdırılması birgə fəaliyyətin başlanğıc nöqtələrindən biri ola bilər. Hər bir dini memarlıq abidəsinin özünəməxsus quruluşu, yaranma və bərpa tarixi vardır. Gələcəkdə, əslində, əsrlər ərzində həmin məkanda formalaşmış istifadə və ibadət ənənələri də nəzərə alınmalıdır. Bu baxımdan zəruri hallarda memarlıq, tarix, arxeologiya və bərpa tədqiqatları üzrə mütəxəssislərlə yanaşı, ilahiyyatçı ekspertlərin də prosesə cəlb olunması faydalı olacaqdır. Çünki biz hər bir dini abidənin bərpası zamanı onun tarixi orijinal obrazının, dini-mənəvi məzmununun və özünəməxsus xüsusiyyətlərinin mümkün qədər qorunub saxlanmasına üstünlük veririk. Məmnunluqla vurğulamaq istərdik ki, Mədəniyyət Nazirliyi ilə Dövlət Komitəsi arasında bütün digər istiqamətlərdə olduğu kimi, tarixi-dini irsin qorunması və bərpası sahəsində də sıx əməkdaşlıq və qarşılıqlı fəaliyyət mövcuddur”.
Fidan Hacızadə