“Tarixi-dini ibadət məkanları, bir tərəfdən, zəngin Azərbaycan memarlığının nümunələri, digər tərəfdən isə ölkəmizdə dərin köklərə malik tolerantlıq mühitinin və milli-mənəvi dəyərlərin qorunub yaşadılması baxımından mühüm əhəmiyyət daşıyan məkanlardır”.
Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda baş tutan konfrans zamanı bildirib.
Nazir əlavə edib ki, bu iki istiqaməti bir-birindən ayırmaq mümkün deyil:
“Dini ibadət məkanlarının öz funksiyalarını yerinə yetirməsi ilə yanaşı, onların memarlıq xüsusiyyətlərinin, tarixi dəyərinin və orijinallığının qorunması da olduqca vacibdir. Silahlı münaqişələr və münaqişələrdən sonrakı mürəkkəb proseslər tarixi-mədəni irsin qorunması qarşısında ciddi çağırışlar və çətinliklər yaradır”.
Adil Kərimli qeyd edib ki, 30 illik erməni işğalı dövründə Azərbaycanın işğal altında olan ərazilərində yerləşən tarixi-dini abidələrimiz ciddi dağıntılara məruz qalıb, onların bir qismi tamamilə məhv edilib:
“Həmin ərazilərdə vandalizm hallarına yol verilib. Eyni zamanda, tarixi-dini abidələrə və komplekslərə məxsus, onların ayrılmaz hissəsi olan mədəni mülkiyyət nümunələrinin qanunsuz şəkildə ölkə ərazisindən çıxarılması halları da müşahidə olunub”.
Fidan Hacızadə