Kadir İnanırın vəsiyyətləri açılacaq — Mirası ilə bağlı diqqətçəkən iddia

ŞOU-BİZNES 17 sentyabr 2026, 12:00
Türkiyə kinosunun əfsanəvi aktyoru Kadir İnanırın ölümündən sonra onun mirası ilə bağlı yeni detallar gündəmə gəlib. Məlumata görə, aktyor müxtəlif illərdə üç ayrı vəsiyyətnamə hazırlayıb.

Demokrat.az
xəbər verir ki, Kadir İnanır 2015-ci ildə bir, 2022-ci ildə isə iki vəsiyyətnamə tərtib etdirib. Notariusun iştirakı ilə hazırlanan sənədlərin məzmunu indiyədək açıqlanmayıb.

İddialara görə, aktyor sonuncu vəsiyyətnaməsində əmlakının böyük hissəsini 27 illik həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib.

Mirasla bağlı müzakirələrə münasibət bildirən Jülide Kural prosesin hüquqi çərçivədə davam edəcəyini deyib. O, Kadir İnanırın vəsiyyət hazırladığını xatırladaraq, onun istəyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.

Vəsiyyətnamələrin açılmasından sonra aktyorun əmlakının kimlərə və hansı formada çatacağı dəqiqləşəcək. Həmçinin İnanırın Jülide Kuralın da vəfat etməsi halında bəzi əmlaklarının insan hüquqları təşkilatlarına və təhsil müəssisələrinə verilməsini istədiyi iddia olunur.

Jülide Kural bundan başqa, Kadir İnanırın məzarını da hazırlatdığını bildirib. Onun sözlərinə görə, məzarda aktyoru simvolizə edən göyərçin fiquru yerləşdirilib və üzərində “kino, sülh, azadlıq” ifadələri yazılıb.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top