Şah Abbas məscidinin bərpasına başlanılıb — Rəsmi

MƏDƏNİYYƏT 17 sentyabr 2026, 11:10

“Dövlət başçımızınsərəncamları ilə ötən il Mərdəkan qəsəbəsindəki Pir Həsənziyarətgahının və Əmircan qəsəbəsindəki İmam məscidinin, bu il isə Gəncə şəhərindəki Şah Abbas məscidinin təmir-bərpası üçünvəsait ayrılıb”.


Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda baş tutan konfrans zamanı deyib.

Onun sözlərinə görə, artıq Pir Həsən ziyarətgahında işlər başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələyə keçib, Şah Abbas məscidində isə təmir-bərpa işlərinə başlanılıb.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top