PUA-lar Yaroslavldakı neft emalı zavoduna, Rostovdakı hərbi aerodroma zərbə endirdi — VİDEO

DÜNYA 17 sentyabr 2026, 09:26
Sentyabrın 17-nə keçən gecə Ukrayna PUA-larının hücumu nəticəsində Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavodunda və Rostov-na-Donundakı aerodromda yanğın baş verib.

Demokrat.az
"Astra" nəşrinə istinadən xəbər verir ki, Yaroslavldakı "Slavneft-YANOS" NEZ-də baş verən yanğın OSINT təhlili ilə də təsdiqlanıb.

İldə təxminən 15 milyon ton neft emal edən və Rusiyanın ən böyük beş NEZ-indən biri olan bu zavod cari ildə azı 8 dəfə hücuma məruz qalıb.

Rostov-na-Donunda isə hərbi bazanın infrastrukturunun və aviasiyanın hədəf alındığı, ərazidə ikincili detonasiya hallannın qeydə alındığı bildirilir.

Xatırladaq ki, bundan əvvəl sentyabr ayında Sızran və Saratov NEZ-ləri də Ukrayna PUA-larının hücumlarından sonra fəaliyyətlərini dayandırmışdılar. (bizim.media)







Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

17 sentyabr 2026, 09:19
Top