Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən “Fogón Asado” restoranı “Tripadvisor”ın qiymətləndirməsinə əsasən 2026-cı ilin dünyanın ən yaxşı restoranı seçilib.
Demokrat.az "Tripadvisor"a istinadən xəbər verir ki, reytinq müəllifləri restoranı ənənəvi Argentina ət bişirmə üsulu olan asadonun – ətin açıq odda hazırlanmasının – zəngin ənənələrini özünəməxsus şəkildə təqdim etdiyinə görə yüksək qiymətləndiriblər.
Məkanın əsas xüsusiyyəti ondan ibarətdir ki, provolone pendirindən ribay və tira-de-asadoya qədər bütün yeməklər qonaqların gözü qarşısında hazırlanır.
“İstifadə olunan mövsümi məhsullar əsasında hazırlanan səkkiz yeməkdən ibarət dequstasiya menyusu steyk-hausların ənənəvi çeşidlərini xeyli üstələyir. Yeməklərin dadını xüsusi seçilmiş və təamlarla ideal şəkildə uyğunlaşan Argentina şərabları tamamlayır”, deyə reytinq müəllifləri bildiriblər.
Bununla yanaşı, “Fogón Asado”da steyk dadmaq istəyənlərə restorandakı yerlərin məhdud olduğu barədə xəbərdarlıq edilir. Buna görə də masanı əvvəlcədən bron etmək tövsiyə olunur.
Ümumilikdə “Travellers' Choice Awards: Best of the Best Restaurants” reytinqinə dünyanın müxtəlif ölkələrindən 25 restoran daxil edilib. İlk sıralar belədir:
1. “Fogón Asado” – Buenos-Ayres, Argentina
2. “KOMA Singapore” – Sinqapur
3. “The Rhythms Restaurant” – Hanoy, Vyetnam
4. “The Witchery Restaurant” – Edinburq, Böyük Britaniya
5. “Meat Market” – Valensiya, İspaniya
6. “Abrasado” – Quaymallen, Argentina
7. “Catherine Gramado” – Qramadu, Braziliya
8. “Careyes” restoranı – Kankun, Meksika
9. “Acre” – San-Xose-del-Kabo, Meksika
10. “El Mercado” – Buenos-Ayres, Argentina
Jalə
Demokrat.az