YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Bu üç tarixdə doğulanların xüsusi enerjiyə malik olduğu iddia edilir

Bu üç tarixdə doğulanların xüsusi enerjiyə malik olduğu iddia edilir

Numeroloqların fikrincə, ayın 17-si, 19-u və 21-də dünyaya gələn insanlar ətraflarına müsbət enerji yayır, başqalarına ümid verir və çətin anlarda mənəvi dəstək olmağı bacarırlar.

Demokrat.az xəbər verir ki, bu barədə "Parade" nəşri yazıb.

Numerologiyada bu insanların nadir rast gəlinən "qızıl aura"ya sahib olduğu bildirilir. İddialara görə, belə şəxslərin yanında insanlar özlərini daha rahat və güvənli hiss edir. Onların daxili gücü isə çox vaxt həyatın çətin sınaqlarından keçdikdən sonra formalaşır.

Ayın 17-də doğulanlar

Numeroloqlar bu tarixi Tarot kartlarının "Ulduz" simvolu ilə əlaqələndirirlər. Bu kart çətinliklərdən sonra ümidin və yaxşı günlərin gəlməsinin rəmzi hesab olunur.

Ayın 17-də doğulanların həyatlarında çoxsaylı sınaqlarla qarşılaşdıqları, lakin bu təcrübələrin onları daha dözümlü və müdrik etdiyi iddia edilir. Onlar yaxınları çətin vəziyyətə düşəndə sadəcə təsəlli verməklə kifayətlənmir, çıxış yolu tapmağa da kömək edirlər. Bu tarixin himayədarı kimi isə Saturn göstərilir.

Ayın 19-da doğulanlar

Bu tarix Günəşlə əlaqələndirilir. Tarotda 19-cu kart da "Günəş" adlanır və sevinc, həyat enerjisi, uğur rəmzi sayılır.

Numeroloqların fikrincə, ayın 19-da doğulanlar olduqları mühitə müsbət əhval-ruhiyyə gətirirlər. Onlar özünəinamlı, səmimi və səxavətli olmaları ilə seçilirlər. Ətrafındakı insanlara dəstək göstərməyi bacarır, başqalarının uğurlarına sevinirlər.

Ayın 21-də doğulanlar

Numeroloji şərhlərdə bu tarix Yupiter planeti ilə əlaqələndirilir. Yupiter bolluq, səxavət və şansın simvolu hesab olunur. Tarotun 21-ci kartı olan "Dünya" isə tamamlanma və həyatın öz axarına düşməsini ifadə edir.

Bu tarixdə doğulanların hadisələrə daha geniş prizmadan yanaşdığı, başqalarının uğurunu ürəkdən dəstəklədiyi bildirilir. Onların əsas xüsusiyyətlərindən biri ətrafdakı hər kəsə özünü dəyərli hiss etdirmək bacarığıdır.

Qeyd edək ki, numerologiya elmi cəhətdən təsdiqlənmiş sahə deyil. Doğum tarixi ilə insanın xarakteri və ya xüsusi enerjiyə malik olması arasında elmi əlaqə müəyyən edilməyib. Bu cür yanaşmalar daha çox inanclara və əyləncə xarakterli şərhlərə əsaslanır.