Bəzi yerlərə yağış yağıb, duman müşahidə edilir

HAVA 17 sentyabr 2026, 09:59
Şəmkir, Xızı, Şahdağ, Sabirabad, Lerikdə duman müşahidə olunur.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Əksər rayonlarda isə hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Balakəndə 15, Sarıbaşda (Qax) 12, Zaqatalada 8, Quba, Qusarda 3, Naftalan, İsmayıllıda 1 mm-dək qeydə alınıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top