Koreya Respublikası 2027-ci il üzrə bakalavriat səviyyəsində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün “Qlobal Koreya” (Global Korea Scholarship – GKS) təqaüd proqramı elan edib.
Demokrat.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, proqrama müraciətlər 30 sentyabr 2026-cı il tarixinədək [*studyinkorea.go.kr*](https://www.studyinkorea.go.kr/) saytı vasitəsilə qəbul olunur.
Səfirliyin ilkin seçim mərhələsindən uğurla keçən namizədlər onlayn ərizə formasının imzalanmış çap variantını və tələb olunan təsdiqedici sənədləri Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.
Proqramda iştirak etmək istəyən namizədlər üçün müraciət qaydaları, seçim şərtləri və tələb olunan sənədlərlə bağlı ətraflı məlumat elan sənədində təqdim olunub.
Proqramda iştirak şərtləri, tələb olunan sənədlər və müraciət qaydası barədə ətraflı məlumatla BURDAN tanış ola bilərsiz.