“David Seliverstov” deputatı təhdid etdi: “Özünü düzgün apar!..” — VİDEO

GÜNDƏM 17 sentyabr 2026, 10:45

Azərbaycan cəmiyyətinə özünü “yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi David Seliverstov” kimi təqdim edən Kazım Abbasov Milli Məclisin deputatı Anatoliy Rafailova sərt video-müraciət ünvanlayıb.

Demokrat.az
Musavat.com-a istinadən xəbər verir ki, o, sosial şəbəkə platformasında yayımladığı müraciətində deputatı pərdəarxası oyunlar oynamaqda, arxasınca danışmaqda və təzyiq göstərməyə cəhddə ittiham edib.

Kazım Abbasovun müraciətində deyir: “Hörmətli dostlar, bu gün ilk çıxışımı vaxtilə hörmət etdiyim, lakin indi gerçək üzünü gördüyüm bir şəxsə ünvanlamaq istəyirəm. İctimaiyyətə bəlli olan hər hansı nəşr və ya məqalə yoxdur, məsələ sırf sənin məhz mənim vasitəmlə tanış olduğun insanlarla pərdəarxasında apardığın danışıqlardan gedir. Buna görə də başqaları ilə etməyə öyrəşdiyin pərdəarxası əməlləri mənimlə də etməyə çalışmaq lazım deyil. Tam 5 il boyunca sən sakitcə mənim tədbirlərimdə iştirak etdin, fotolarda göründün və bundan ictimai diqqət qazandın. O vaxt hər şey yaxşı idi, indi isə birdən-birə pis oldu? Sual olunur – niyə?”

“David Seliverstov” – Kazım Abbasov çıxışını belə davam etdirir: “Bəlkə mənim sənə hər hansı bir borcum var və sadəcə, bu haqda məlumatım yoxdur? Əgər həqiqətən belə düşünürsənsə, bunu açıq de. Çünki xatırladığıma görə, müəyyən öhdəliklər məhz sənin tərəfində qalıb. Və əsas olanı yadda saxla! Mən sənə Hacı Yaşar deyiləm ki, mənim yerimə nəsə qərar verəsən, sifariş edəsən və ya kiminsə vasitəsilə təzyiq göstərməyə çalışasan. Özünü korrekt apar və mənimlə birbaşa danış. Bu pərdəarxası işlər gülüncdür. Başqalarına qarşı tətbiq etdiyin pərdəarxası oyunlara, eyhamlara və üsullara lüzum yoxdur. Kənardan bütün bunların necə göründüyünü çox gözəl anlayıram. Özünü elə aparma ki, sanki sənə hər şey icazəlidir.

Mən öz hüquqlarımı və maraqlarımı qanuni yollarla qorumağı bacarıram. Əgər haqqımda təsdiqlənməmiş məlumatlar yaymağa və ya arxada iş çevirməyə davam etsən, məcbur olub buna müvafiq qaydada cavab verəcəyəm. Cavabım dəqiq olacaq. Ona görə də özünü düzgün apar. Sualın varsa, açıq de, faktın varsa təqdim et. Qalan hər şeyi isə pərdə arxasında saxla, çünki səni hər zaman məhz o pərdəarxası qoruyub”.

Azərbaycan parlametinin deputatına ünvanlanmış kifayət qədər sərt, təhdid dolu müraciətə Anatoliy Rafailovun münasibətini öyrənməyə çalışsaq da, deputat israrlı zənglərimizi cavabsız qoydu. Bununla belə onun də mövqeyini, təhdid dolu müraciətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyini öyrənməyə çalışacağıq.

Xatırladaq ki, “David Seliverstov” - Kazım Abbasov avqustun 5-də barəsində yayılan ilk məlumatdan bir neçə saat sonra ölkədən qaçıb. Hazırda İsraildə olduğunu desə də, onun yayımladığı fotoların Albaniyada çəkildiyi üzə çıxıb. Dəfələrlə məhkum olunmuş residivist Kazım Abbasov ötən ayın 20-də ölkəyə qayıdacağını bəyan etsə də, hələ də ölkəyə qayıtmayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top